Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 249 gün ərzində Qəzza zolağına hücumları barədə məlumat verilib.
Sionist rejim ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “hücum” həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin şəhid olduğu, 120 fələstinlinin isə yaralandığı bildirilib.
İşğalçı rejimin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 37 min 164-ə, yaralıların sayının isə 84 min 832-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.