IQNA

Macarıstanda Məhərrəmlik ənənəsinin tanıdılması

10:32 - July 14, 2024
Xəbər sayı: 3496330
İQNA - Məhərrəmlik ənənəsini təbliğ etmək məqsədilə yaradılan "İmam Rauf" adlı qrup Avropanın müxtəlif ölkələrində teatrsevərlərlə görüşür.

Məhərrəmlik ənənəsini və Kərbəla hadisəsini təbliğ etmək məqsədilə yaradılan “İmam Rauf” adlı qrup Macarıstanın paytaxtı Budapeştdə teatrsevərlərlə görüşüb.
Tədbirdə Kərbəla hadisəsində şəhid olan Həzrət İmam Hüseyn (ə) və onun 72 səhabəsi yad edilib.
İranı təmsil edən qrup Məhərrəm ayında Avstriya, İtaliya, İspaniya və Portuqaliyada da çıxış edəcək.
"İmam Rauf" qrupu son 2 ildə İsveç, Danimarka, Finlandiya, Norveç, Hollandiya və Belçikada çıxış edib.

captcha