Qatil İsrail qüvvələrinin son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 8 “qətliam” həyata keçirdiyi və bu hücumlarda daha 84 fələstinlinin həyatını itirdiyi, 329 nəfərin yaralandığı bildirilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin sionist İsrailin yaratdığı maneələri üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Fələstin Səhiyyə Nazirliyi İsrailin Xan Yunisə hücumu nəticəsində 89 mülki vətəndaşın şəhid olduğunu, 270 nəfərin yaralandığını bildirib.