IQNA

Ərdoğan İsmayıl Həniyyənin oğullarını qəbul edib

19:28 - August 11, 2024
Xəbər sayı: 3496511
İQNA - Rəcəb Tayyib Ərdoğan alçaqca sui-qəsd nəticəsində şəhid olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyyənin oğulları Əbdüssalam və Həmmam Həniyyəni qəbul edib.

Türkiyə prezidenti Ərdoğan Çukurova Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra İstanbula gəlib.
Ərdoğan Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyənin oğulları Əbdüssalam və Həmmam Həniyyəni qəbul edib.
Qəbul zamanı prezident Ərdoğan İsmayıl Həniyyənin şəhadəti ilə bağlı başsağlığı verib.
Qəbulda Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin baş müşaviri Səfər Turan da olub.

captcha