IQNA

Azərbaycanın İraqdakı Ərbəin Xidmət Çadırları

23:56 - August 24, 2024
Xəbər sayı: 3496560
İraqın Kərbəla şəhərində qurulan Azərbaycanın xidmət çadırları Ərbəin matəm mərasiminə qatılmaq üçün Kərbəlaya gedən ziyarətçilərə xidmət etməyə davam edir.

Çadırın üzərində Azərbaycanın məşhur din xadimi mərhum Hacı Şahin Həsənlinin fotosu diqqət çəkib.

Son statistikaya görə, 7808 Azərbaycan vətəndaşı Ərbəin mərasiminə qatılmaq üçün İran vasitəsilə İraqa keçib.

Ərbəin nədir?

Ərbəin (qırxıncı gün); hicri təqviminə görə Səfər ayının 20-si Hz. İmam Hüseynin (ə.s) Ərbəin günüdür. Hz. İmam Hüseyn və səhabələrinin hicrətin 61-ci ilində Kərbəlada şəhid edilməsinin üzərindən qırx gün keçməsi təmsil edilir.

Ərbəin yürüşü nədir?

Ərbəin yürüşündən məqsəd, Əhli-beyt dostlarının müxtəlif yerlərdən İmam Hüseynin (ə.s) Ərbəin münasibəti ilə Kərbəlaya axışmalarıdır. İnsan selini xatırladan bu yürüşlərə milyonlarla insan qatılır. Ərbəin günü İraqdan kənar başda İran olmaqla Türkiyə, Pakistan, Livan… kimi ölkələrdən də çox sayda Əhli-beyt dostları bu yürüşlərə qatılaraq Ərbəin günü Kərbəlada hazır olurlar.

captcha