"Əl-Viam" qəzetinin yazdığına görə, Qəzzadakı müharibə ərəb və müsəlman seçicilərin ABŞ seçkilərində kimə səs verəcəklərinin əsas hərəkətverici qüvvəsinə çevrilib.
Respublikaçıların namizədi Donald Tramp və Demokratların namizədi Kamala Harrisin rəqabət apardığı ABŞ prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Amerikalı məsələlər üzrə ekspert Məsud Məluf Amerikada bəzi ştatların səslərinin Donald Trampa, bəzi ştatların isə Kamala Harrisə veriləcəyinin məlum olduğunu, lakin 7 ştatda hansı namizədin səs alacağının hələlik bəlli olmadığını açıqlayıb.
Məluf bildirib ki, ABŞ prezidenti Co Baydenin Qəzza müharibəsində sionist rejimin tərəfində olmasını nəzərə alaraq, ərəblər və müsəlmanlar ondan uzaqlaşıblar.
Siyasi ekspert onu da qeyd edib ki, Demokratlar Partiyasının praymerizlərində Viskonsin, Miçiqan və Pensilvaniya kimi güclü, böyük ərəb və müsəlman bloklarına malik ştatlar Baydeni dəstəkləməməyə səs verib və bu partiyadan başqa heç bir namizədi dəstəkləməyib. Məsud Məluf sözünə belə davam etdi: Bayden seçkidən çəkildikdən və onun yerinə Kəmalə Harris gətirildikdən sonra bu ştatlarda ərəblər və müsəlmanlar Harrisin İsrailə qarşı tam dəstəkləyici münasibətinə görə onu rədd etməyə davam edirlər.
Siyasi ekspert həmçinin bəyan edib ki, ərəblər və müsəlmanlar Tramp və Harrisə səs verməyəcək, lakin bəziləri müstəqil namizəd Cil Steynə səs verəcək və bu, son nəticədə Trampın xeyrinə olacaq. Çünki demokratlar həmişə dini və etnik azlıqların səsini qazanıblar.
4238475