"İQNA"-nın "Sputnik"-ə istinadən verdiyi məlumata görə, son bir ildə açıqlanan statistikaya əsasən, Qüdsü işğal edən rejim Qəzza zolağında 814-dən çox məscidi və bu ərazidəki hər üç kilsəni dağıdıb, Qəzənin Məzhəb İşləri Nazirliyinin 238 əməkdaşını şəhid edib.
Qəzzə müharibəsinin başlanmasından bu yana sionist qüvvələr Qəzza zolağında 1245 məsciddən təxminən 814 məscidi dağıdıb və 148 digər məscidə qismən ziyan vurub. Qəzzanın Məzhəb İşlər Nazirliyi bölgədəki hər üç kilsənin tamamilə dağıdıldığını bildirib.
Yalnız bir halda Qəzzanın mərkəzindəki Deyr Əl-Bələh şəhərindəki məscidə hava hücumu nəticəsində ən azı 20 nəfər şəhid olub, 100-ə yaxın adam yaralanıb. İsrail ordusu hücumu təsdiqləyib və HƏMAS-ın yaxınlıqdakı məscid və məktəbi komanda məntəqəsi kimi istifadə etdiyini iddia edib.
İşğalçı İsrail ordusu hətta ölülərə və qəbiristanlıqlara belə aman verməyib. Qəzza Məzhəb İşlər Nazirliyinin məlumatına görə, bu nazirliyin himayəsində olan 60 qəbiristanlıqdan 19-u hədəfə alınıb, 8 qəbiristanlıq dağıdılıb, 11 qəbirə ziyan dəyib.
İsrailin hava hücumlarının Qəzzada bütün dini yerlərin təxminən 79%-ni məhv etdiyi və təqribən 350 milyon dollar ziyan vurduğu təxmin edilir.
Bu statistik məlumatlara görə, son bir il ərzində Qəzzanın Məzhəb İşlər Nazirliyinin 238 əməkdaşı İsrail qüvvələri tərəfindən şəhid edilib, daha 19 nəfər isə həbs edilib.
4240979