Ərəb mediasının verdiyi məlumata görə, sionist İsrailin hərbi kabineti Livanla atəşkəs bağlanmasını təsdiqləyib.
Livanın Əl-Cədid televiziyası ABŞ və Fransanın birgə bəyanatı ilə mümkün atəşkəsin elan ediləcəyini paylaşmışdı.
ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Livanda atəşkəs əldə etmək üçün aparılan danışıqlar çərçivəsində keçən həftə Beyrut və Təl-Əvivə səfər edib.
Baydenin müşaviri Hochstein noyabrın 20-də Beyrutda verdiyi bəyanatda atəşkəs danışıqlarında irəliləyiş əldə edildiyini bildirmişdi.