IQNA

İngiltərəli müsəlman kişi irqçilik ittihamı ilə bir barı məhkəməyə verdi

2:44 - December 21, 2024
Xəbər sayı: 3497283
İQNA - Müsəlman kişi "irqçi" və "xaricilərə düşmən" kimi xarakterizə edilən bir lövhə səbəbindən bir bara qarşı hüquqi proses başladıb.

"Əl-Ərəb" internet saytının verdiyi məlumata görə, Bukingemşirə yaxın Çeşem şəhərində yaşayan müsəlman kişi bar sahibini barın adı və lövhədəki şəkil vasitəsilə irqçiliyi təbliğ etməkdə, irq ayrımçılığı etməkdə və zorakılığı təşviq etməkdə ittiham edərək məhkəməyə müraciət edib.

60 yaşlı Xalid Buka barın lövhəsində saqqallı, sarıqlı və tünd dəri rənginə malik bir şəxsin təsvirini görəndə təəccübləndiyini ifadə edib.

"Sarazenin başı" (Səlib yürüşləri zamanı avropalı döyüşçülər tərəfindən müsəlmanlara verilən və "xristian olmayan" mənasını daşıyan ad) yazılmış lövhənin zorakılıq və nifrəti təşviq etdiyini və xaricilərə qarşı irqçilik kimi qiymətləndirilə biləcəyini bildirən Buka, bu vizualın son dərəcə narahatedici olduğunu, onda qorxu və narahatlıq yaratdığını deyib.

Xalid Buka bölgə məhkəməsinə ərizə ilə müraciət edərək bar sahibindən 1850 funt sterlinq mənəvi təzminat tələb edib.

Barın 52 yaşlı sahibi Robbi Heys isə şikayəti "gülməli bir zarafat" kimi xarakterizə edərək, barın 500 ildir eyni adla fəaliyyət göstərdiyini qeyd edib.

Heys, lövhənin müəssisənin uzunmüddətli keçmişinin bir parçası olduğunu müdafiə edərək, "lövhədə irqçilik görmürük" deyib və "problem yaratmağa çalışan biri səbəbindən əsrlik mirasımızı dəyişdirmək təzyiqinə boyun əyməyəcəyik" fikrini əlavə edib.

Sarazen eramızın 7-ci əsrində İslamın yayılması və İslam fəthlərinin başlanması ilə xüsusilə ərəb müsəlmanlara aid bir termin olmuş, daha sonra mənşəyinə baxılmadan bütün müsəlmanları əhatə edəcək şəkildə genişlənmişdir.

Sarazen adı İngiltərə və bəzi Avropa ölkələrində Səlib yürüşləri zamanı ərəb və müsəlman döyüşçülərin bacarıq və cəsarətini ifadə etmək üçün istifadə olunurdu.

Müasir dövrdə bu termin nadir hallarda istifadə olunur və narahatlıq doğuran tarixi bir ifadə kimi qəbul edilir. Ərəb və ya müsəlman mənşəli insanlar üçün işlədildikdə, təhqiredici və ya irqçi kimi qiymətləndirilə bilər.

4254780

captcha