IQNA

Misirdə Məhəmməd Siddiq Menşavinin Quran irsinin dirçəldilməsi

1:15 - January 27, 2025
Xəbər sayı: 3497503
İQNA – Misirin Vəqflər Nazirliyi ölkənin ən mühüm Quran qarilərindən biri olan Şeyx Məhəmməd Siddiq Əl-Menşavinin Quran irsinin dirçəldilməsi və qorunub saxlanılması üçün layihəyə başladığını açıqlayıb.

“Əl-Yəvmus-Sabi” internet saytının verdiyi məlumata görə, Misirin Dini İşlər üzrə Ali Şurasının baş katibi Məhəmməd Əbdülrəhim Əl Buyumi, Siddiq Menşavinin ailəsinin əməkdaşlığı ilə həyata keçirilən bu layihənin Şeyx Menşavinin itirilmiş Quran irsi araşdırmadan ibarət olduğunu bildirib.

Əl-Buyumi dedi ki, bu səy Şeyx Əl-Menşavinin şanlı keçmişini indiki ilə birləşdirən körpü rolunu oynayır. Ekspert qrupları onun irsinə layiq nəticələr əldə etmək üçün səylə çalışacaqlar.

Şeyx Əl-Menşavinin qızı layihəni öhdəsinə götürdüyünə görə Vəqflər Nazirliyinə və Şuraya təşəkkürünü bildirib və vurğulayıb ki, bu layihə İslam ümmətinin irsinin qorunub saxlanması ümidini canlandıracaq və bu irsin mədəni dəyərini artıracaq.

O, həmçinin hər kəsi və bütün təşkilatları İslam irsinin qorunub saxlanmasında mühüm rol oynayan bu cür səyləri dəstəkləməyə çağıraraq, bu layihənin İslam mədəniyyətini zənginləşdirəcəyinə və bu böyük şəxsiyyətin xatirəsini ehtiramla anılmasına səbəb olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Vəqflər Nazirliyi bu yaxınlarda özünün rəsmi sosial media səhifəsində Şeyx Menşavinin doğum ildönümünü qeyd edib, onun həyat hekayəsini və bəzi xüsusi qiraətlərini paylaşıb.

“Hüznlü səsi ilə tanınan Şeyx Məhəmməd Siddiq Menşavi Quran tilavəti ilə ölməz miras qoyub”, - nazirliyin açıqlamasında deyilir. O, təvazökarlığı və həzin səsi ilə Quranın dərin mənalarını dinləyicilərinin qəlbinə daşıyıb və daimi ilham mənbəyidir”.

Şeyx Menşavi 1920-ci il yanvarın 20-də Sühəcc əyalətinin Minşat şəhərində anadan olub. O, Quran ailəsində böyüyüb və səkkiz yaşında Quranı əzbərləyib.

O, Misirdə və onun hüdudlarından kənarda, xüsusən də Məscidül-Həram, Məscidi Nəbəvi və işğaldan əvvəl Məscidül-Əqsa kimi müqəddəs yerlərdə çoxsaylı qiraətlər edib.

Misirli Qari Küveyt, Suriya, Liviya və İndoneziya kimi bir çox ölkələrə də səfər edib və bu ölkələrdən bir çox mükafat və sertifikatlar alıb.

4261306

Teqlər: misir ، Menşavi ، quran ، irs
captcha