“Spa.gov.sa”-da yer alan xəbərə görə, Mərakeş Dini İşlər və Vəqf Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mayın 10-da başlayan “Cəsur” sərgisi mayın 20-dək davam edəcək.
Kral Fəhd Quran Çap və Nəşriyyat Mərkəzi bu sərgidə iştirak edib və Səudiyyə Ərəbistanının Quranın müxtəlif dillərə tərcüməsində göstərdiyi səyləri nümayiş etdirib.
Səudiyyə Ərəbistanının stendində qədim çap avadanlıqları ilə yanaşı, müxtəlif ölçülü və nəşrlərdə çap edilmiş Qurani-Kərimlər və 78-dən çox dilə tərcümə edilmiş Quranlar da nümayiş etdirilib.
Stend böyük marağa səbəb olarkən, Quranın çapı və nəşrində yeni texnologiyalardan istifadə böyük diqqət çəkdi.
Kral Fəhd Quran Çap və Nəşriyyat Mərkəzi dünyanın ən böyük Quran çap mərkəzidir. 400 milyondan çox Quran çap edib yayır.
Səudiyyə Ərəbistanı daha əvvəl İndoneziyanın paytaxtı Cakartadakı İstiqlal məscidində təşkil edilən “Cəsur” sərgisində nümayiş olunmaq üçün Mədinədə Kral Fəhd Quran Çap Dərnəyi tərəfindən istehsal edilən 150 min nüsxə Quran göndərmişdi.
4281964