“İQNA”-nın Fələstin “Əl-Yəvm” nəşrinə istinadən verdiyi xəbərə görə, Oman sultanlığının müftisi Əhməd əl-Xəlili sionist rejimin müstəmləkəçi və ekspansionist hərəkətləri barədə ciddi xəbərdarlıq edib.
O, sionist rejimin baş naziri Binyamin Netanyahu tərəfindən irəli sürülən “Böyük İsrail” arzusunu bütün İslam ümməti üçün bir xəbərdarlıq adlandırıb.
Əl-Xəlili vurğulayıb: “Netanyahu “Böyük İsrail”i qurmaq planı ilə dünyanı təəccübləndirdi, baxmayaraq ki, bu arzunun özü yeni bir şey deyil”.
Oman müftisi əlavə edib: “İşğalçı rejimə sədaqət göstərənlər, onu pul və silahla dəstəkləyənlər və müqaviməti silahından məhrum etməyə çalışanlar bu reallıqdan ibrət almalıdırlar”.
O, həmçinin vurğulayıb: “Düşmənin tərəfdarları anlamalıdırlar ki, onlar üçün nicat yolu yoxdur, yalnız haqqa sığınmaq, iman birliyinə sarılmaq, söz birliyi yaratmaq və vaxtilə tək buraxdıqları haqqı dəstəkləməklə nicata çata bilərlər”.
Sionist rejimin baş naziri Binyamin Netanyahu tərəfindən “Böyük İsrail” adlandırılan arzuyla bağlı son açıqlamalar geniş reaksiyalara səbəb olub.
4300206