“Əl-Vətən” qəzetinin xəbərinə görə, Kəfr əş-Şeyx valisi Əla Əbdülməti məşhur misirli qarinin – Əbül-eynən Şueyşənin 103-cü ildönümü münasibətilə göndərdiyi mesajında bildirib: “Şeyx Əbul-eynən Şueyşə Misirin fəxri idi və hələ də bu ölkə üçün qürur mənbəyidir. O, Quranın nurlu hərflərindən tilavətin simvollarından biri kimi tarixdə əbədi olaraq qaldı.”
O əlavə edib: “Şeyx Şueyşə sadəcə bir qari deyildi, o, özü tilavət məktəbi idi. Onun seçilən səsi və xüşu ilə oxunuşu dünyanın hər yerində müsəlmanların qəlbində yer tutdu.”
Əbdülməti vurğulayıb: “Şueyşə yalnız Misirə məxsus deyildi; o, Misiri və İslamı təmsil edərək dünyanın bütün ölkələrinə səyahət etdi və ilahi kəlamı yayaraq, lətif səsi ilə Quranın ən yaxşı səfiri oldu.”
O, həmçinin Şueyşənin Kəfr əş-Şeyx vilayətindən olmasını özünə fəxr bildiyini söyləyib və yeni nəsilləri bu görkəmli misirli qarini özlərinə nümunə götürməyə çağırıb.
Qeyd edək ki, ustad Əbül-eynən Şueyşə 1922-ci ilin 12 avqustunda Misirin Kəfr əş-Şeyx vilayətində dünyaya gəlib və 10 yaşında Quranı əzbərləyib. Bu misirli qari 2011-ci ilin 23 iyununda vəfat edib.
4300367