IQNA

Libiyalı müfti: “Qəzza məsələsində aciz vasitəçilər istefa versinlər”

8:41 - August 25, 2025
Xəbər sayı: 3498748
İQNA - Sadiq əl-Ğiryani, ərəblərin vasitəçilik fəaliyyətini tənqid edərək bildirib ki, onlar düşmənin danışıqlar prosesindəki pozuculuqlarına qarşı qəti mövqe ortaya qoymalıdırlar və əgər fələstinli qardaşlarının yanında dura bilmirlərsə, istefa verməlidirlər.

“İQNA”-nın məlumatına görə, Yəmənin Əl-Məsirə telekanalının xəbərində qeyd olunur ki, Liviya müftisi vurğulayıb: “ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülhdən danışır, amma günahsızların qətlə yetirilməsinə və İsrailin qırıcılar və pilotsuz təyyarələrlə Qəzzaya hücumlarını şiddətləndirməsinə göz yumur”.

Ğiryani bu vasitəçilərə xitabən soruşub: “Əgər Qəzzanın məzlumlarına təminat verməkdən boyun qaçırsınızsa, sizin bu danışıqlardakı rolunuz nədir? Baş verənlər sizin və hökmdarlarınızın üzərində bir rüsvayçılıqdır; elə bir rüsvayçılıq ki, heç nə onu təmizləyə bilməz.”

Liviya müftisi sonda vurğulayıb: “İslam aləminin vəzifəsidir ki, Qəzza mühasirəsini yarmaq üçün yüzlərlə, minlərlə gəmi göndərsin; müsəlmanların İsrailin Qəzzadakı cinayətlərinə tamaşa edib heç bir addım atmaması böyük bir rüsvayçılıqdır.”

Əl-Məsirə telekanalının xəbərinə görə, o, bundan əvvəl yayılmış bir video müraciətində də bildirmişdi: “Misir və BƏƏ o dövlətlərdəndir ki, düşmənə (sionistlərə) yardım göstərirlər”.

Ğiryani Misir limanlarının sionist rejimin silah və hərbi avadanlıq daşıyan gəmilərinə xidmət göstərməsinə işarə edərək, bu addımı çox təəssüf doğurucu adlandırıb və əlavə edib: “Avropa ölkələri sionist rejimlə əməkdaşlıqdan imtina etdikləri halda, Misir və BƏƏ limanları, eləcə də bu rejimlə münasibətlərini normallaşdırmış digər ərəb ölkələri həmin rejimin gəmilərinə xidmət göstərirlər”.

4301385

captcha