IQNA

Livanda Hizbullahın yüksək rütbəli komandirinin dəfn mərasimində geniş iştirak

11:20 - November 25, 2025
Xəbər sayı: 3499277
İQNA - Hizbullahın yüksək rütbəli komandirlərindən olan şəhid Heysəm Təbatəbai və bir qrup müqavimət qüvvəsinin döyüşçüsünün dəfn mərasimi Livanda geniş xalq iştirakı və Hizbullah rəsmilərinin qatılması ilə keçirilib.

“İQNA”-nın “əl-Manar”-a istinadən verdiyi xəbərə görə, dünən sionist rejiminin Beyrutun Dahiyə bölgəsinə təşkil etdiyi terror hücumunda şəhid olan və “Seyyid Əbu Əli” ləqəbi ilə tanınan bu komandirin vida və ehtiram mərasimi 24 noyabr Qəbiri bölgəsindən Salehin şəhidlər parkına doğru xalqın geniş iştirakı ilə, onun 35 illik dolğun cihad həyatı və İsrail düşməninə qarşı son ana qədər göstərdiyi mövqelərə ehtiram olaraq keçirilib.

Hizbullahın icraçı rəhbəri mərasimdə belə deyib: “Şəhid Təbatəbai son 35 ildə təkcə ilk əməliyyatların komandanı olmayıb, həm də son təcavüzün dəf edilməsinin öncüllərindən və atəşkəsdən sonra müqavimət strategiyalarının memarlarından hesab olunur”.

Şeyx Əli Dəammuș bildirib ki, Heysəm Təbatəbai bütün qarşıdurmalarda meydan adamı idi və azadlıq və qələbə gətirən şəxsiyyətlərdən biri olub.

O deyib: “Heysəm Təbatəbai “Əvvələl-Bəs” kimi tanınan məşhur döyüşün komandanlığını icra etmiş və son təcavüzü dəf edən şəxslərdən olmuşdur. Bu şəhid atəşkəsdən sonra da müqavimətin rəhbərliyində, planlaşdırma, təşkilatlandırma və qarşıdurma strategiyalarının müəyyən edilməsində mühüm rol oynayıb”.

Dəammuș vurğulayıb: “Dövlət vətəndaşlarını və suverenliyini müdafiə etməli, xarici diktə və təzyiqlərə qarşı durmalı və onları rədd etməlidir”.

O bildirib ki, düşmən anlamır ki, biz Hizbullah olaraq şəhidlərlə daha güclü və böyük oluruq və sionistlər narahat qalmağa davam etməlidirlər, çünki böyük bir səhvə yol veriblər.

Dəammuș sonda qeyd edib: “Düşmən atəşkəs razılaşmasına sadiq qalmadığı müddətcə, biz heç bir layihə və təklifə bağlı və öhdəlikli deyilik”.

4318966

captcha