IQNA

Pakistanda terror partlayışında şəhidlərin sayı 31-ə çatdı

7:56 - February 07, 2026
Xəbər sayı: 3499701
İQNA – Pakistanın paytaxtı İslamabad polisinin verdiyi məlumata görə, şiə Hüseyniyəsində baş verən terror partlayışında şəhidlərin sayı 31 nəfərə, yaralıların sayı isə 169 nəfərə yüksəlib.

“İQNA”, Pakistan xəbər mənbələrinə istinadən bildirir ki, İslamabaddakı şiə məscidində baş verən partlayışda ölən və yaralananların sayı artıb. 

Polisin rəsmi açıqlamasına görə, indiyədək 31 nəfərin şəhid olduğu, 169 nəfərin isə yaralandığı təsdiqlənib. 

Pakistan mediasının verdiyi xəbərə görə, terror partlayışı İslamabad şəhərinin Tarlai bölgəsində yerləşən “Xədicə Kubra” məscid və Hüseyniyəsində baş verib. 

Mediada yayılan ilkin məlumatlara görə, polis və təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alaraq araşdırmalara başlayıblar. Hazırda partlayışın intihar hücumu nəticəsindəmi, yoxsa əvvəlcədən planlaşdırılmış bomba yerləşdirilməsi iləmi baş verdiyi araşdırılır. 

4332675

Teqlər: pakistan ، partlayış ، şəhid ، məscid ، terror
captcha