IQNA

Bəhreyndə şiələri hədəfə almağa qarşı xəbərdarlıqlar

15:37 - May 17, 2026
Xəbər sayı: 3500355
İQNA – Bəhreyndə yürüşlər və rəsmilərin həbsləri birbaşa bu ölkənin görkəmli şiə ruhanilərini və hövzə mərkəzinin simvollarını hədəfə aldıqdan sonra ölkə son illərdə ən genişi kimi təsvir edilən yeni təhlükəsizlik gərginliyinin şahidi olur.

 

“İQNA”-nın "Miraətul-Bəhreyn"ə istinadən verdiyi məlumata görə, bu həbslər görkəmli hövzə simalarını və dini mərclərin övladlarını əhatə edirdi və bu, Bəhreyn İslam Vəhdət Cəmiyyətini məzhəb səbəblərindən dini hissəni hədəf alan planlara qarşı xəbərdarlıq etməyə vadar etdi.

Bir neçə gün əvvəl Bəhreyn İslam Vəhdət Cəmiyyəti bildirdi: Daxili İşlər Nazirliyinin 6 may 2026-cı il tarixində yaydığı bəyanatda deyilənlər məzhəb səbəblərindən irəli gələn təhlükəsizlik kampaniyasına işarədir və Bəhreyn hökumətini Cəfəri məzhəbinin ardıcıllarına qarşı planlaşdırılan bütün hədəfləri dərhal dayandırmağa çağırdı.

Bu cəmiyyət Daxili İşlər Nazirliyinə cavab olaraq yaydığı bəyanatda əlavə etdi: Daxili İşlər Nazirliyinin bəyanatı məzhəb və tarixi əsaslara söykənən ittihamlar və xülyalardan ibarətdir və digər məsələlərə nisbətən təhlükəsizlik doktrinasını ifadə edən dərin bir ekzistensial böhranı göstərir.

Bundan əvvəl Bəhreyn İslam Vəhdət Cəmiyyəti İranla rəğbət bəsləmək ittihamı ilə bir sıra ruhanilər, mədhxanlar (mersiyəxanlar) və müxtəlif yaşlarda olan kişi və qadın, o cümlədən uşaqlar sənətkar və ictimai simalar olmaqla 69 Bəhreyn vətəndaşının vətəndaşlığının ləğvini pisləmişdi.

Bu cəmiyyət izah etdi ki, bu tədbir Bəhreyn kralının kimin vətəndaşlığa layiq olduğunu araşdırmaq və xəyanətə qarşı dərhal tədbirlərə başlamaq barədə əmrlər verməsindən bir neçə gün sonra həyata keçirilib və bildirib ki, bu qərarlar zərərçəkən şəxslərdən istintaq edilmədən və məhkəmə səlahiyyətindən kənarda qəbul edilib.

Vəhdət öz bəyanatında təsdiqlədi ki, Bəhreyn rejimi uşaqların, körpələrin və qadınların vətəndaşlığını onların (şiə) atalarından asılılığı bəhanəsi ilə ləğv edib ki, bu da bütün ailələrin əhalinin qeydiyyatından çıxarılması mənasını verir və bütün ailələrin mənəvi və mədəni edamına bərabərdir.

Bu cəmiyyət Bəhreyndə tarixi keçmişi olan dini, sənətkar və peşəkar simaları və ailələri hədəf alan bu qeyri-qanuni qərarı qətiyyətlə pislədi və vurğuladı ki, bu tədbirlər konstitusiyaya zidd, qeyri-qanuni və qeyri-insanidir və Bəhreynin beynəlxalq müqavilələr qarşısında öhdəliklərinə ziddir. Bu tədbirlər siyasi və ictimai plüralizmin həyata keçirilməsini nümayiş etdirir və ölkədə insan hüquqlarının pozulmasının dərinləşməsinə gətirib çıxaracaq.

Hazırkı kampaniyada iki məsələ rol oynayır:

Birincisi, şəxslərin hədəfə alınması qəsdən xarakter daşıyır ki, bu da Əl-Xəlifə rejiminin cəmiyyətin əsas fiqurlarını hədəfə alması cinayətini daha da ağırlaşdırır. Dini alimlərin görkəmli ictimai rolu var və onların hədəfə alınması ilk növbədə xalqın əhval-ruhiyyəsini sarsıtmaqdır.

İkincisi, rejim hesab edir ki, indi beynəlxalq dəstəyə malikdir və böyük insan hüquqları təşkilatları bu beynəlxalq qarışıqlıq, xüsusilə də ABŞ-ın İranla birbaşa qarşıdurması şəraitində öz effektivliyini itiriblər. Bu, həbslərin İslam Respublikası ilə iddia edilən əlaqələrələ əlaqələndirilməsini əsaslandırır.

Lakin bunların heç biri çoxsaylı səbəblərdən, o cümlədən aşağıdakı səbəblərdən rejimə öz qeyri-insani planlarını həyata keçirməkdə kömək etmir və onun uydurma ittihamlarla bağlı yalanlarına qanunilik qazandırmır:

1. Təhlükəsizlik həlləri müvəqqəti olaraq xalqı susdura bilər, lakin heç bir şəkildə siyasi sistemin problemlərinin və iqtisadi çətinliklərin kökünü hədəf almır. Əslində, təhlükəsizlik həlləri bu problemləri daha da dərinləşdirir və mürəkkəbləşdirir.

2. Rejimin öz geosiyasi mövqeyini tənzimləmək istəməməsi əsaslı yenidən baxılmanı zəruri edir. Bir mərhələ əhalinin güclü hissələri ilə barışmağı və demokratik prosesin real dirçəlişini əhatə edir. Digər mərhələ isə ABŞ-ın regionda azalan mövcudluğu ilə yaranacaq boşluğu doldurmaq üçün böyük dövlətlərlə regional ittifaqlar yaratmağı tələb edir.

Əl-Xəlifə rejimi ehtiyatsız gərginlik yolunu seçir – elə bir yol ki, onu Bəhreyn kimi kiçik bir ölkə üçün keçməsi çox çətin olan olduqca mürəkkəb bir bataqlığa apara bilər. Amerika bazalarının hədəfə alınmasından məmnun olan bəhreynlilər İranın agentləri deyil; əslində, hər bir vətənpərvər ərəb və müsəlman Sionist rejimi qoruyan bazaların hədəfə alınmasından məmnun oldu. Bununla belə, bu günlər kök salan böyük istehza tarixi iki düşərgəyə bölünmə ilə bağlıdır: biri İsraili dəstəkləyir və buna görə də özünü bu rejimi qoruyan bazalara ev sahibliyi edən rejimlərlə uyğunlaşdırır, digəri isə milli müstəqillik uğrunda çalışır və həqiqi vətəndaşlığı dərindən arzulayır, ərəb və İslam ölkələrinin milli təhlükəsizliyinin taleyini dayanıqlılıq elementlərindən məhrum olan müvəqqəti bir varlığın taleyindən ayırır.

4351769

Teqlər: bəhreyn ، şiə ، elmi hövzə ، simvol
captcha