İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qərbi-Asiya şöbəsinin verdiyi xəbərə görə "Şiə Mərcəiyyəti və sünnilərin müdafiəsi" kitabı İran İslam Respublikasının İraqdakı Mədəniyyət İşləri nümayəndəliyinin təşəbbüsü ilə çapdan çıxdı.
Bu kitabda şiələrin mərcə, müctəhid və fəqihlərinin əhli-sünnə qardaşlarımız haqqında nəzərləri və bu xüsusda verilmiş fətvaları öz əksini tapmışdır.
Bu kitabda şiə müctəhidlərinin əhli-sünnə qardaşlarımız haqqında yer almış fətva və nəzərlərdən biri də rəhmətlik İmam Xomeyninin (r.ə) sünnilər ilə davranış və onlarla birgə yaşayış haqqında verdiyi fətva və nəzərləridir.
İran İslam İnqilabının dahi rəhbəri Həzrət Ayətullah Seyid Ruhullah Musəvi Xomeyni (r.ə) bu barədə buyurur: "Bütün şiələrə lazımdır ki, təfriqə salmaq və sünnilər ilə düşmənçilikdən qorunsunlar və vahid bir əl olaraq (İslam düşmənləri qarşısında) bir sırada dayansınlar.
Həmçinin İran İslam İnqilabının Ali Dini Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei şiə və sünni vəhdətinə təkid edərək hacıların Həcc mövsümündə əhli-sünnənin camaat namazları sıralarında hazır olmalarının zəruri olmasını vurğulayıblar.