“İQNA”-nın məlumatına görə, beşinci Kərbəla Beynəlxalq Quran Mükafatı yarışmasının bağlanış mərasimi iyunun 10-u, çərşənbə axşamı gecəsi İmam Hüseynin (ə) müqəddəs hərəmində keçirilib. Tədbirdə İranın hər yeddi nümayəndəsi mükafat qazanmağa nail olub.
Buna əsasən, Quranın bütöv hifzi (əzbərlənməsi) kateqoriyasında Məhəmməd Laini birinci, Əmirhüseyn Əttarzadə isə üçüncü yerə layiq görülüblər.
Qiraət (təhqiq) kateqoriyasında Ümid Hüseyninejad ikinci, Yusif Cəfərzadə isə dördüncü yeri tutublar.
Yeniyetmələr bölməsində isə Əsgərnejad, Nəcəfi və Hüseynzadə müvafiq olaraq üçüncü-beşinci yerləri qazanıblar.
Kərbəla Beynəlxalq Quran tilavəti və hifzi yarışmasının beşinci dövrü iyunun 6-dan etibarən İmam Hüseynin (ə) müqəddəs hərəmində başlamış və bu gecə bağlanış mərasimi və qaliblərin mükafatlandırılması ilə başa çatmışdır.
Bu yarışmada 30 ərəb və müsəlman ölkəsindən nümayəndələr iştirak edib. İrandan isə 7 nəfər, o cümlədən iki nəfər qiraət (təhqiq) kateqoriyasında, iki nəfər Quranın bütöv hifzi kateqoriyasında və üç nəfər yeniyetmələr bölməsində yarışaraq ölkəmizi təmsil ediblər.
4357558