IQNA

İraq Prezidenti: Ayətullahul-üzma Sistaninin "cihadi kifai" fətvası terrorizmlə mübarizədə dönüş nöqtəsi idi

11:31 - June 13, 2026
Xəbər sayı: 3500532
İraq Prezidenti: Ayətullahul-üzma Sistaninin
İQNA – İraq Prezidenti Nizar Amidi, Spayker qırğını faciəsinin ildönümü münasibətilə göndərdiyi mesajda deyib: "Ayətullahul-üzma Sistaninin "cihadi kifai" fətvası terrorizmlə mübarizədə bir dönüş nöqtəsi idi."

“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə (VA) istinadən verdiyi məlumata görə, İraq prezidenti, iyunun 12-də Spayker cinayətinin ildönümü münasibətilə ünvanladığı mesajda bu hadisənin qurbanlarının xatirəsini yad edərək vurğulayıb ki, bu faciə İŞİD terror təşkilatının İraq xalqına qarşı törətdiyi cinayətlərin və vəhşiliyin rəmzi sayılır və milli birliyin qorunması, eləcə də ölkənin bütün təhdidlərə qarşı müdafiəsi üçün bir stimul olacaqdır.

O, İraqın dini mərcəiyyəti tərəfindən verilmiş "cihadi kifai" fətvasının tarixi əhəmiyyətinə işarə edərək bildirib: "Bu fətvanın verilməsi terrorizmlə mübarizədə və milli həmrəyliyin gücləndirilməsində dönüş nöqtəsi hesab olunur."

Nizar Amidi həmçinin İraq xalqının müqavimətini, dözümlülüyünü və İŞİD-in planlarının məğlub edilməsində xalqın fədakarlıqlarını yüksək qiymətləndirib və Ayətullahul-üzma Sistaninin "cihadi kifai" fətvasını ölkəni müdafiə etmək üçün xalq qüvvələrinin səfərbər edilməsində əsas amil kimi dəyərləndirib.

O, mesajının sonunda Spayker şəhidlərinə Allahdan rəhmət, ailələrinə isə səbir və təmkin diləyib.

4357787

captcha