IQNA

Sionist qəsəbə sakinləri "Ümmül-fəhm" məscidini yandırdılar

8:29 - April 20, 2014
Xəbər sayı: 1397302
Beynəlxalq qrup: Sinonist qəsəbə sakinləri dünən (18 aprel) işğal olunmuş torpaqların şimalında "Ümmül-fəhm" məscidinə hücum edərək bu məscidi yandırdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, şahidlərinin dediklərinə əsasən Sinonist qəsəbə sakinləri dünən (18 aprel) işğal olunmuş torpaqların şimalında "Ümmül-fəhm" məscidinə hücum edərək bu məscidi yandırdılar. Onların məscidin divarlarına təhiredici sözlər yazmış və sonra məscidi yandırmışlar.
Son həftələrdə sionistlərin işğal olunmuş ərazilərdə ərəblər yaşayan məntəqələrə hücumları çoxalıb.
Sionist qəsəbə sakinləri son zamanlar işğal olunmuş ərazilərdə müsəlmanların məscidlərinə tez-tez hücumlar edirlər. Onlar fələstinlilərin qarşısında yeni bir sterateji mövqe tutaraq adını "malın qiymət markası" adlandırmış və fələstinlilərin əmlaklarına hücum edərək onları yararsız vəziyyətə salırlar. Onları bu addımın fələstinlilərin sionist qəsəbələrinin genişləndirilməsinə etirazının qarşısını almaq üçün atırlar.
Hal-hazırda təkcə 1,7 milyon ərəb işğal olunmuş ərazilərdə yaşayır.

1396905

captcha