IQNA

İranda həzrət Əli Əsğər (ə) beynəlxalq anma konfransı təşkil olunacaq

12:19 - October 07, 2010
Xəbər sayı: 2008203
Beynəlxalq şöbə: Həzrət Əli Əsğər (ə)-ın şəxsiyyəti haqda dördüncü beynəlxalq konfrans 18-19 oktyabrda İranın Məşhəd şəhərində keçiriləcək.
İQNA Quran Xəbər Agentliyi: Əli Əsğər (ə) beynəlxalq anma asambeleyası, Astan-e Qods-e Rəzəvinin əməkdaşlığı ilə təşkil olunur. Konfras səkkizinci imam həzrət Əli ibn Musa Rza (ə) mövlud günü keçiriləcək.
Həzrət Əli Əsğər (ə) beynəlxalq anma asambeleyası bəyanat yayaraq bildirib ki, konfras 18 oktyabr saat 8-də Məşhəd şəhərində İmam Rza (ə)-ın məqbərəsinin Tusi səhnində yerləşən mərkəzi kitabxanada öz işinə başlayacaq və iki gün keçiriləcək.
Konfransın keçirilməsindən məqsəd Həzrət Əli Əsğər (ə) -a mütəvəssil olmaqla inqilabçı ruhlandırma yaratmaq və İmam Hüseyn (ə) əzadarlıq adət-ənənəsini yaşatmaq və İmam Hüseyn (ə) südəmər körpəsinin məzlumluğu haqda danışmaqdır.
Həzrət Əli Əsğər (ə) beynəlxalq anma asambeleyası qeyri hökumət təşkilatdır və hər il İranda və digər ölkələrdə həzrət Əli Əsğər (ə) anma mərasimlərini təşkil edir. 669366
captcha