İQNA Quran agentliyinin məlumatına əsasən, bağlanış mərasimi ötən gün yerli vaxtla saat 9:30-da başlayıb. Mərasimin əvvəlində Qurani Kərim tilavət olunub.
Daha sonra Əl-Mustafa (s) universitetinin tərbiyə və mədəniyyət məsələləri üzrə rektor müavini höccətul-islam Saleh çıxış edib. "ümumilikdə olimpiyadada dünyanın 72 xalqından universitetdə təhsil alan 9 min nəfər qeydiyyata alınıb. Olimpiyadanın yarışmaları Quran və hədis məsələləri üzrə 56 fənn üçün İranla yanaşı 34 ölkədədə təşkil olundu və sonda 120 nəfər olimpiyadanın final mərhələsinə yol tapdı", -deyə Saleh deyib.
O əlavə edib ki, Əl-Mustafa (s) universitetinin əsas hədəfi Quran marifləri və təlimlərini bütün dünyaya çatdırmaq və beynəxalq səviyədə Quran alimləri tərbiyələndirməkdir.
Mərasimin davamında müxtəlif ölkələrin tələbəələrinin iştirakı ilə təvaşih qrupu Quran ayələri tilavət etdilər.
Mərasimdə İranın İslami İrşad və Mədəniyyət naziri cənab Hüseyni çıxış edərək Qədir Xum bayramını Fitir və Qurban bayramlardan da yüksək olduğunu və Qurani Kərimdə bunun üçün bu hadisənin vurğulandığını dilə gətirib.
O əlavə edib ki, Qədir Xum bayramı mehribanlıq, yaxşılıq etmək, hədiyyə vermək və xeyir işlərdə yarışmaq günüdür.
Sonda olimpiyada da qalib gəlmiş nazir müxtəlif hədiyyər təqdim edib.
Qeyd edək ki, olimpiyadanın final mərhələsi İranın Qum şəhərində noyabr ayının 20-25-də keçirildi.701304