İranın Quran xəbər agentliyinin və Fransanın rəsmi xəbər bürosunun məlumatına əsasən, Əl-Əzhər Misirin dövlət kanalında yayımlanan bir mətbuat iclasında Əl-əzhərin vəziyyəti və Misirin hazırkı şəraitinin dini və rəsmi əlaqələri haqqında izahatlar verdi.
Əhməd Təyyib Əl-Əzhərdəki elmi müzakirələrin nəticəsinə işarə edərək Hüsni-Mübarək dövlətinin süqutundan sonra dövlət və din əlaqələri haqqında dedi: Əl-Əzhərin bütün alimləri şəhər sakinlərinin tələblərinə uyğun demokratik və milli dövlətin təşkilini zəruri hesab edir.
O, əlavə etdi: Əl-Əzhər alimləri arasında imzalanmış sənədə əsasən, islam dini yenə də Konstitusiyada əsas qanun kimi verilmişdir, amma din və dövlət bir-birindən ayrılacaq və Misir dövləti milli və modern dövlət olmalıdır. 812601