IQNA

İran və Sudanın Quran həftələri və sərgilərinin keçirilməsində həmkarlığı

22:12 - June 22, 2011
Xəbər sayı: 2142915
Mədəniyyət və incəsənət şöbəsi: İslam və mədəni əlaqələr təşkilatının rəisi Məhəmmədbağır Xorrəmşad və Sudan mədəniyyət naziri Səmuel Xələfullah Qüreyş arasında baş tutmuş qarşılıqlı razılaşmaya əsasən İran və Sudan Quran həftələri və sərgilərinin keçirilməsində həmkarlıq edirlər.
İranın Quran xəbər agentliyi və mədəni islam əlaqələri şöbəsinin məlumatına əsasən, xordadın 29-u baş tutmuş bu görüşdə Xorrəmşad İran İslam Respublikasının ölkəmizlə mədəni əlaqələrə hazır olduğunu Sudanın müsəlman xalqına xəbər verdi.
Qeyd olundu ki, ümumi mədəni, dini, tarixi və İranla Sudan arasındakı mədəniyyət əlaqələri iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün zəruriliyi üçün əhəmiyyətlidir.
Qeyd olunmalıdır ki, İranda Sudanın ikinci mədəniyyət həftəsi xordadın 29-u İslam mədəniyyət nazirliyinin və İslam əlaqələri və mədəni təşkilatının həmkarlığı ilə Mehr hövzə salonunda açıldı. 812411
captcha