IQNA

London Universitetində “Nisa” surəsinin təfsiri araşdırılır

22:59 - September 13, 2011
Xəbər sayı: 2186879
Beynəlxalq şöbə: Londonun “Queen Mary” Universitetində okyabrın 1 və 2-də mübarək “Nisa” surəsinin təfsiri mövzusunda seminar təşkil olunacaq.
İqna Quran Xəbər Agentliyi (İQNA): İİDR xəbər agentliyinin verdiyi məlumata görə, London Araşdırmalar Mərkəzinin dəstəyi ilə təşkil olunan seminarda bu surənin müxtəlif mövzularla araşdırılacaq. Verilən məlumata görə, surədən 20 mövzu seçilib. Bu mövzulardan qadın-kişi münasibətləri, yetim uşaqların hüququ, irs, ticarətdə əxlaqi cəhətlər, ailə problemləri, Allah və cəmiyyət qarşısında insanın vəzifəsi və s. qeyd etmək olar.
Xatırladaq ki, seminara rəhbərlik etməyi fiqh və üsul üzrə ekspert Fəhim Ənam öz öhdəsinə götürüb. O, universitetlərdə, İslam mərkəzlərində və məscidlərdə fiqh, Quran elmləri üzrə mühazirələri ilə tanınır. 859413
captcha