IQNA

"Cihade Daneşgahi – (Universitet cihadı)" saytının Ərəbcə bölməsi açıq elan olundu

9:41 - May 11, 2012
Xəbər sayı: 2322958
Beynəlxalq qrup: "Cihade Daneşgahi – (Universitet cihadı)" saytının Ərəbcə bölməsi may ayının 10-da 25-ci Tehran Beynəlxalq Kitab sərgisinin İslami Oyanış salonunda Universitet Cihadının mədəniyyət müavini Əlirza Zücacinin iştirakı ilə açıq elan olundu.
İQNA - nın (İRAN QURAN XƏBƏR AGENTLİYİ) 25-ci Tehran Beynəlxalq Kitab sərgisinin düzənləndiyi yerdən verdiyi xəbərə görə Universitet Cihadının mədəniyyət müavini Əlirza Zücaci İslami Oyanış salonunun müxtəlif bölmələrinə baxış keçirərkən xüsusi olaraq İslami Oyanış İnformasiyası saytı bölməsinə baxış keçirdi.
Bu saytın məsulları saytın mühüm fəaliyyətləri haqqında lazım olan izahları verdilər. Əlirza Zücaci jurnalistlərin suallarını cavablandırandan sonra bu saytın Ərəb dili bölməsini açıq elan etdi.
Qeyd edək ki, İslami Oyanış saytı (www.bidarieslami.com) keçən bir-neçə ay ərzində Fars və İngilis dillərində fəaliyyət göstərirdi.
1004160

captcha