İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Məhəmməd Təqi Fəali – Hövzə və universitet ustadı, 9 cildlik "Yeni yaranan mənəvi hərəkatlar" kitabının müəllifi, Yalançı və süni İrfanların patologiyası iclaslarının İranın Tələbə Quran Fəaliyyəti təşkilatında keçirilən 18-ci iclasında şeytanpərəstliklə musiqi arasındakı əlaqələri və musqinin şeytabpərəstliyin yayılmasında rolunu izah edib.
Fəali musiqinin Şeytanpərəstliyin bəzi ölkələrə daxil edilməsinin ən təsirli növü və ən əsas idxal yolu olduğuna işarə edərək deyib: Şeytanpərəstlik musiqiləri çox müxtılifdir. Təqribən 500 növdür. Çoxu "Rak və Metal" növünə aiddir. Bunlara "hat – isti" musiqilər də deyilir.
Musiqinin özü insanlar arasında əhəmiyyətli sayılır. Amma mənfi musiqilər çox zərəlidirlər. Eyni halda yaxşı musiqi da yüksək təsirə malikdir. Musiqinin mədəniyyətdəki roluna görə onu tamamilə səhnədən silib atmaq olmaz.
Biz musqinin pisliyini elan edərək deyə bilmərik ki, musiqiyə qulaq asmayın. Biz musiqinin mədəni, ictimai və psixi təsirlərinə diqqət etsək və onun əhəmiyyətini dərk etsək, bu zaman musiqinin fihqi mövqeyi də daha yaxşı tanına bilər.
Musiqinin təsiri o qədər çoxdur ki, onun kitabdan da təsirli olduğunu deyiblər. Əgər mədəniyyət yaradıcı kateqoriyaları saymaq istəsək, yəqin ki, musiqi onların birinci ya ikincisi olacaqdır. Əgər musiqi müsbət olsa səmavi və insanidir. Əgər mənfi olsa dağıdıcı və zərərlidir. Musiqinin həm yaxşı və həmdə pis təsiri misilsizdir. Əgər musiqi mənfidirsə, onun qədər dağıdıcı və azdırıcı heç nə ola bilməz.
İbn Sinanın "Qanun" kitabının Farscaya tərcüməsinin 4-cü və 5-ci cildində xəstəliklər və müalicələri haqqında danışarkən hər xəstəliyin dərmanı üçün iki şeyə xüsusi diqqət yetirmişdir. Bu iki şeydən birincisi musiqidir. İbn Sina xəstələr üçün hər xəstəliyə uyğun musiqi növü tövsiyə edirmiş.
İbn Sinanın – Həkim, Psixolog və Filosof – "Qanun" kitabı 13-cü əsrdən başlayaraq Qərblilərin Oksford universitetində tibb məsələlərində müraciət etdiyi ən birinci bə ən əsas kitab olmuşdur. Bu kitab 13-cü əsrdə 17 dəfə çap edilmişdir. Bu kitab 7 il bundan öncə Şərəf Kendi tərəfindən 8 cilddə Farscaya da tərcümə edilmişdir.
Fəali çıxışının axırında musiqi zəminəsində tədqiqat aparmaq istəyənlərə Molla Möhsün Feyz Kaşaninin əsərlərinə müraciət etməyi tövsiyə etdi.
1090546