“Əl-Rayə” xəbər verir ki, sərgi 2025-ci il sentyabrın 12-də Moskva Baş Məscidində açılıb. Açılış mərasimində Rusiya müftisi və Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin sədri şeyx Ravil Eynuddin, Rusiyadakı Qətər səfiri Əhməd bin Nasir bin Casim Ali Sani, həmçinin Qətər və Tatarıstan Vəqf Nazirliyinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Rusiya müftisi bildirib: “Qurani-Kərim aləmi” sərgisi təkcə Quranın nazil olma hekayəsini təqdim etmir və onun qorunmasına çağırmır, eyni zamanda ərəb xəttatlığının böyüklüyünü, canlı tilavətin gücünü nümayiş etdirir və əbədi dəyərlər olan sülh, rəhmət və ədaləti insanların qəlbinə yerləşdirir.
O əlavə edib: “Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi ilə Qətər hökumətinin Vəqf və İslam İşləri Nazirliyinin bu sərgidəki əməkdaşlığı xalqları birləşdirən, etimadı möhkəmlədən və sülhə xidmət edən mənəvi diplomatiya nümunəsidir”.
Şeyx Ravil Eynuddin vurğulayıb: “Bu kimi fəaliyyətlər İslam ümmətinin gənclərinə bu mesajı çatdırır ki, Allahın kitabına sarılmaq həyatlarında sağlamlıq və xoşbəxtlik gətirir və insan üçün yolu işıqlandırır.”
Daha sonra Qətərli qari və təbliğçi şeyx ƏbdürRəşid Şeyx Sufi “Quranın fəziləti” mövzusunda çıxış edib və iştirakçılar Moskva Baş Məscidində cümə namazını qılıblar.
Qeyd edək ki, “Qurani-Kərim aləmi” sərgisi Qətər ilə Rusiya Federasiyası arasında mədəni və dini əməkdaşlıq çərçivəsində təşkil olunur. İkinci mərhələ çərçivəsində sərginin proqramları 2025-ci il oktyabrın 6-dək Moskva, Saratov, Saransk və Kazan şəhərlərində keçiriləcək.
Xatırladaq ki, sərginin birinci mərhələsi 2024-cü ilin noyabrında yalnız Moskvada təşkil olunmuşdu.
4305127