IQNA

İmam Musa Sədr və yoldaşları Qəzzafi tərəfindən şəhid edildi

9:09 - September 14, 2012
Xəbər sayı: 2410859
Beynəlxalq qrup: Qəzzafi rejiminin Təhlükəsizlik Nazirliyinin rəisi verdiyi izahatda bildirib ki, Liviyanın çevirilmiş diktatoru Qəzzafi İmam Musa Sədri və yoldaşlarını şəhid etmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "tayyar.org" saytına istinadən verdiyi xəbərə görə Abdullah Əs-Sənusi – Muammar Qəzzafinin Təhlükəsizlik İdarəsinin rəisi ki, Movrutaniya məsullarının həmkarlığı ilə tutuqlandıqdan sonra Tropiliyə (Trablos) qaytarılıb və Liviya dövlətinə təhvil verilib, izahatında deyib ki, Liviyanın öldürülmüş diktatoru Qəzzafi İmam Musa Sədir və onunla gələn heyət üzvlərinin öldürülməsini əmr etmişdi.
İmam Musa Sədr Qəzzafi tərəfindən silah və pul qəbul edərək 1978-ci ildə Livanın daxili qarşıdurmalarını qızışdırmağı qəbul etmədikdə Qəzzafinin cangüdənləri işə qarışmazdan öncə iş fiziki qarşıdurmaya çəkmişdi.
Qəzzafi həmin anda İmam Musa Sədrin və yoldaşlarının ölüm hökmünü onların gözü önündə verdi və onları paytaxt yaxınlığında bir səhrada dəfn etdilər.
Bu xəbərdən öncə Ədnan Mənsur – Livanın Xarici İşlər Naziri, İmam Musa Sədr haqqında xəbərləri təkzib edərək demişdi ki, bu işi izləyən komitə təşkil olunub və o, bu xəbərlərin KİV-də dərc olunmasını istəmir.
Qeyd edək ki, İmam Musa Sədr və yoldaşları 1979-cu ildə Qəzzafinin dəvəti ilə Liviyaya getmiş, orada oğurlanmış və o zamandan bu yana onlardan bir xəbər çıxmamışdır. O, sionistlər əleyhinə müqavimət hərəkatının yaradıcılarından biridir.
1097191

captcha