IQNA

Nigeriya müsəlmanları etiraz aksiyası keçirdilər

16:46 - September 24, 2012
Xəbər sayı: 2418864
Siyasi şöbə: Nigeriyanın ən böyük şəhəri olan “Kanu” şəhərinin müsəlmanları İslam Peyğəmbərini təhqir edən film və karikaturlara münasibət bildirərək etiraz aksiyası keçirdilər.
İQNA xəbər agentliyinin məlumatına əsasən, şənbə günü yerli vaxtla səhər saat 09:00 radələrində minlərlə müsəlman küçələrə çıxaraq etiraz aksiyası keçirmişlər. Etirazçılar “ Ləbbeyk Ya Rəsuləllah” səslənərək İslam Peyğəmbərinə olunan təhqirə öz etirazlarını bildirmişlər.
Nigeriya İslam hərəkatının sədri Şeyx İbrahim Zikzəki bəyanat verərək bu çirkin addımı məhkum etmişdir.
Bəyanatda belə qeyd olunur: Müsəlmanlar hegemonların bu çirkin addımları qarşısında təkcə məscidlərdə oturub dua etməklə kifayətlənməyəcəklər. Müsəlmanlar var gücləri ilə İslam düşmənlərinin qarşısında dayanacaqlar.
1105489.
captcha