İQNA xəbər agentliyinin məlumatına əsasən, şənbə günü yerli vaxtla səhər saat 09:00 radələrində minlərlə müsəlman küçələrə çıxaraq etiraz aksiyası keçirmişlər. Etirazçılar “ Ləbbeyk Ya Rəsuləllah” səslənərək İslam Peyğəmbərinə olunan təhqirə öz etirazlarını bildirmişlər.
Nigeriya İslam hərəkatının sədri Şeyx İbrahim Zikzəki bəyanat verərək bu çirkin addımı məhkum etmişdir.
Bəyanatda belə qeyd olunur: Müsəlmanlar hegemonların bu çirkin addımları qarşısında təkcə məscidlərdə oturub dua etməklə kifayətlənməyəcəklər. Müsəlmanlar var gücləri ilə İslam düşmənlərinin qarşısında dayanacaqlar.
1105489.