IQNA

Rəqəmsal məhsullar bazarında təhrif olunmuş Quran nəşri

22:18 - February 19, 2013
Xəbər sayı: 2499380
Beynəlxalq qrup: Rəqəmsal məhsullar bazarında müqəddəs Qurani-Kərimin "The Holy Quran, Arabic text and English translation" elektron nüsxəsinin Ərəb dilində mətni və İngiliscə təhrif olunmuş tərcüməsi yayılıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "hopeitw" xəbər agnetliyinə istinadən verdiyi xəbərə görə Rəqəmsal məhsullar bazarında müqəddəs Qurani-Kərimin "The Holy Quran, Arabic text and English translation" elektron nüsxəsinin Ərəb dilində mətni və İngiliscə təhrif olunmuş tərcüməsi "amazon" elektron ticarət şirkəti tərəfindən satışa çıxarılıb və Apple internet şirkətinin "iTunes" bölməsində endirmək üçün qoyulmuşdur.
Bu Quranın ərəbcə mətni İphone mobil telefonlarına və Android sistemlərinə yüklənə və icra oluna bilən bu tərcümə açıq səhvlərlə doludur. Belə ki, bu nüsxəni İngiliscəyə hazırlayan "Əhmədiyyə / Qadyaniyyə" azğın və batil yolda olan bir firqənin davamçılarından olan "Mövləvi Şir Əli" adlı bir şəxsdir.
Şir Əli – təhrif olunmuş tərcümənin müəllifi, öz yalnçı imamı "Mirza Qulam Qadyani"nin – Əhmədiyyə firqəsinin banisi, yalançı iddialarını Quranla tətbiq etmək və onun azğın fikirlərini yaymaq üçün tərcümədə ayələrin mənasını öz əqidələrinin xeyrinə dəyişmişdir.

1191497
captcha