IQNA

15:58 - February 25, 2013
Xəbər sayı: 2502294
Beynəlxalq qrup: Səudiyyə Ərəbistanının Şiamli Təbuk Əmirliyi, Təbliğat və Mədəniyyət mərkəzinin keçirmək istədiyi anti-şiə konfransını ləğv edib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "RASİD" xəbər gentliyinə istinadən verdiyi xəbərə görə Ərəbistanın Təbliğat və Mədəniyyət mərkəzi bu gün (24 fevral 2013) anti-şiə konfransı keçirmək istəyib, amma Təbuk Əmirliyi buna mane olub.
Adıgedən konfrans Ərəbistan yazarları və ziyalıları arasında cəncanlı bir məsələyə çevrilibmiş.
"Rafizilərin əqidə və hədəfləri" adı altında keçiriləcək bu konfransda ekstremis vəhhabi alimi İbrahim əl-Faris çixış etməli idi. İbrahim öz twitter səhifəsində yazıb ki, Təbuk Əmirliyi tayfa savaşının qarşısını almaq bəhanəsilə mənim rafizilər barədəki çıxışımı ləğv etdi!
O, bu səhifədə şiələrə hücum edərək yazıb: "Ərəbistanın şərqində yaşayan şiələr səhabələr və əmirlərə lənət oxuyurlar".
Konfransın ləğvi Ərəbistanın bir qrup ziyalılarını və ictimai aktivistlərini sevindirib və twitter səhifəsində Tabuk Əmirliyindən təşəkkür ediblər.
Məhəmməd Əl-Xulyəvi - Səudiyyə yazarlarından biri deyib: Bu cür konfranslar düşmənlər tərəfindən müsəlmanlar arasında fitnə və düşmənçilik toxumu səpmək məqsədilə himayə olunur!
İmad Əl-Qasim – sünni alimi, deyib: Mən sünniyəm, amma Allaha bu cür adamların işlərindən pənah aparıram ki, bunlar müsəlmanların vəhdətlərini qourmaq yerinə ixtilaf toxumu səpirlər!

1193901
Ad:
E-poçt:
* Comment:
* captcha: