"İQNA"-nın "Nun" agentliyinə istinadən verdiyi məlumata görə, İraqın Təhsil Nazirliyinin mətbuat xidməti yaydığı bəyanatda bildirib: İraqın təhsil naziri Əbdülkərim Əbtan əl-Cüburi bu uğuru qiymətləndirib və onu iraqlı şagirdlərin iradəsi, nizam-intizamı və vaxtdan səmərəli istifadə bacarığının parlaq nümunəsi kimi dəyərləndirib.
Əl-Cüburi vurğulayıb: "Təhsil sistemi elmi təhsili əsl dəyərlərlə birləşdirən şagirdləri ilə fəxr edir."
Zeynəb İraqdakı "Xədicə" qızlar orta məktəbinin şagirdidir. O, məktəb dərslərindən müvəqqəti azad edilməsi və intensiv əzbərləmə proqramı sayəsində Quranı 43 günə tam əzbərlədiyi üçün təltif olunub.
İraq Təhsil Nazirliyinin mətbuat xidməti bildirib ki, Ninəvə Təhsil İdarəsinin baş direktoru Məhəmməd İbrahim Əbudi bu şagirdi qəbul edib və əldə etdiyi nailiyyətə görə ona pul mükafatı təqdim edib.
Ninəvə Təhsil İdarəsi, həmçinin istedadlı şagirdlərin yetişdirilməsindəki roluna görə "Xədicə" qızlar orta məktəbinə təşəkkürnamə təqdim edib.
4368141