IQNA

Kəşmirdə Ərbəin mərasiminin təntənəli keçirilməsi

12:03 - August 05, 2026
Xəbər sayı: 3500889
İQNA- Kəşmirdə minlərlə insanın iştirakı ilə Ərbəin yürüşü və matəm mərasimi keçirilib.

"İQNA"-nın "Kashmir News Observer" agentliyinə istinadən verdiyi məlumata görə, minlərlə əzadar çərşənbə axşamı, avqustun 4-də Kəşmirin mərkəzi olan Srinagar şəhərində İmam Hüseynin (ə) Ərbəini münasibətilə keçirilən "Zülcənah" yürüşündə iştirak ediblər.

Mərasim iştirakçıları Srinagardakı Bəmina bölgəsində yerləşən "Xomeyni meydanı" marşrutu üzrə hərəkət edərək İmam Hüseynin (ə) xatirəsini yad ediblər.

Şahidlərin sözlərinə görə, mərasimdə yüksək emosional və mənəvi ab-hava hökm sürüb. Əzadarlar öz iştirakları ilə İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə olan hörmət və bağlılıqlarını nümayiş etdiriblər.

Srinagardakı Bəmina bölgəsindən olan iştirakçılardan biri, Zahid Əli illərdir bu yürüşdə iştirak etdiyini bildirib. O əlavə edib: "Bu yolda atdığımız hər addım bizə İmam Hüseynin (ə) fədakarlığını və uğrunda mübarizə apardığı dəyərləri xatırladır".

Digər bir əzadar, Tahir Xan isə bildirib ki, Ərbəin təkcə matəm vaxtı deyil, həm də çətinliklər qarşısında cəsarət, səbir və haqq yolunda duruş haqqında düşünmək üçün bir fürsətdir.

Mərasimdə Kərbəla şəhidlərinin xatirəsinə rövzə və sinəzənliklər edilib, simvolik ayinlər yerinə yetirilib.

İştirakçılardan Adil Hüseyn isə qeyd edib ki, onların məqsədi İmam Hüseynin (ə) adını yaşatmaq, onun cəsarət və prinsipiallıq mesajını gənc nəslə çatdırmaqdır.

4368142

captcha