IQNA

Məkkədə 1000 illik Quran nümayiş olunur

12:58 - August 05, 2026
Xəbər sayı: 3500891
İQNA- Min ildən çox əvvəl yazılmış bir Quran nüsxəsi bu yaxınlarda Məkkədə nümayiş etdirilib.

"İQNA"-nın "ArabAmerica" agentliyinə istinadən verdiyi məlumata görə, min ildən çox əvvəl "İbn Bəvvab" tərəfindən yazılmış bir Quran nüsxəsi bu yaxınlarda Məkkədə sərgilənib.

Bu nümayiş Məkkədəki Məscidül-Həramda təşkil olunan "İqrə" (Oxu) sərgisinin bir hissəsidir.

"Əli ibn Hilal" adı ilə də tanınan məşhur xəttat İbn Bəvvab tərəfindən miladi XI əsrin əvvəllərində yazılmış bu əlyazma dünyada mövcud olan cəmi iki nüsxədən biridir.

Bu nüsxələrin dəyəri yalnız qədimliyi ilə məhdudlaşmır; onlar həm də yazılışında istifadə olunan unikal sənətkarlıq, estetika və xüsusi bəzək elementlərinə görə böyük əhəmiyyət kəsb edirlər.

Bundan əlavə, əsərlə birlikdə bu nüsxənin xəttatlıq və qızılı naxışlarının (təzhib) əhəmiyyətini izah edən elmi kataloq və şərhlər də təqdim olunur.

4368168

Teqlər: quran ، ərəbistan ، məkkə ، qədim
captcha