"İQNA"-nın İraq İnformasiya Agentliyinə (INA) istinadən verdiyi məlumata görə, Sərhəd-Keçid Məntəqələri İdarəsi yaydığı bəyanatda bildirib ki, əl-Vaili "Zurbatiyə" sərhəd-keçid məntəqəsində zəvvarların geri qayıtma prosesinə bilavasitə yerində nəzarət edir. Bu nəzarət İraqın Baş nazirinin göstərişlərinin icrası və milyonluq mərasimlərin təşkili üzrə Ali Komitənin zəvvarların sərhəddən rahat çıxışını təmin etmək proqramı çərçivəsində həyata keçirilir.
Əl-Vaili vurğulayıb: "Sərhəd-Keçid Məntəqələri İdarəsi təhlükəsizlik qurumları və xidmət orqanları ilə tam koordinasiya şəraitində, zəvvarların rahat çıxışını təmin etmək və onlara ən yaxşı xidməti göstərmək üçün hərtərəfli bir proqram əsasında fəaliyyət göstərir. Məqsəd, İraqın mədəni simasını, bu böyük dini hadisədə ölkənin yüksək təşkilatçılıq və qonaqpərvərlik xüsusiyyətlərini nümayiş etdirməkdir."
O, əlavə edib: "Sərhəd-Keçid Məntəqələrinin əməkdaşları çıxış prosedurlarını sürətləndirmək, çoxsaylı zəvvarları qəbul etmək və gözləmə müddətini azaltmaqla zəvvarların gediş-gəlişinin rahat keçməsini təmin etmək üçün gecə-gündüz fəaliyyət göstərirlər."
İraq Sərhəd-Keçid Məntəqələri İdarəsinin sədri bildirib ki, bütün sərhəd-keçid məntəqələri zəvvarların qayıtma prosesi uğurla başa çatana qədər tam hazırlıq rejimində işlərini davam etdirəcəklər.
4367960