IQNA

Ərbəin ziyarətində 22 milyon zəvvarın iştirakı

8:27 - August 05, 2026
Xəbər sayı: 3500888
İQNA- Kərbəla valisi Ərbəin ziyarətində 22 milyon zəvvarın iştirak etdiyini açıqlayıb.

"İQNA"-nın İraqın rəsmi xəbər agentliyinə (VA) istinadən verdiyi məlumata görə, Nəsib əl-Xəttabi İmam Hüseynin (ə) Ərbəin ziyarətində 172 ölkədən 5 milyondan çox xarici zəvvarın iştirak etdiyini bildirib.

O qeyd edib ki, bu il vilayətdə 16 min "mövkəb" (hüseyniyyə çadırı) zəvvarlara xidmət göstərib.

Kərbəla valisi əlavə edib ki, Ərbəin ziyarəti zamanı Kərbəla vilayətinin Səhiyyə İdarəsi digər nazirliklərin də köməyi ilə 7 milyon zəvvara tibbi xidmət göstərib.

Əl-Xəttabi həmçinin bildirib ki, bu ilki Ərbəin mərasimi boyunca vilayətin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 1600 meqavat enerji ayrılıb.

4368084

Teqlər: İraq ، kərbəla ، Ərbəin ، zəvvar
captcha