İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani – Tehranın Cümə Namazı İmamı və Ali Dini Rəhbər Tətinetmə Məclisinin üzvi (Xebreqan), bu gün 24 may Tehranın Cümə Namazının xütbəsində Xürrəmşəhrin fəth olunduğu günü xatirəsini əzizləyərək dedi: Xürrrəmşəhr 578 gün düşmənlərin mühasirəsində qaldı. Xürrəmşəhri Allah işğaldan azad etdi – (İmam Xomeyni buyurub). Allah-Taala Xürrəmşəhrin azadlığı üçün öz mələklərini iman, səbr, təqva, dözüm və mənəviyyat sahibi olan millətə nazil etdi.
Tehranın cümə namazı xətibi İran xalqının 11-ci prezident seçkilərində geniş və əzəmətli iştirakını İran düşmənlərinin fitnələri qarşısında İslam Respublikası Quruluşunun təhlükəsizlik sığortası adlandırıb.
Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani Möminlər Ağası İmam Əli(ə)-ın səadətli miladını təbrik edərək, deyib: İran xalqının cari ilin iyun ayında keçiriləcək prezident seçkilərindəki iştirakı böyük bir siyasi qəhrəmanlıq olaraq İslam İnqilabını və İslam Respublikası Quruluşunu sığortalayacaq.
Tehranın cümə namazı xətibi əlavə edib: İranı sevən hər bir iranlı prezident seçkilərində aktiv iştiraka malik olmalı, İran İslam Respublikasını və İslam İnqilabının ideyalarını müdafiəsi istiqamətində addım atmalıdır.
Ayətullah Müvəhhidi Kermani daha sonra İranın gələcək prezidentinin hansı xüsusiyyətlər və özəlliklərə malik olmalı olduğu haqda söz açaraq, deyib: Bu mühüm vəzifəni icra etməli olan şəxs İslam İnqilabının Böyük Rəhbərinin buyruqları əsasında təqva sahibi olmalı, tədbirlə davranmalı, düzgün idarəçiliyə malik olmalı, imperializm ilə müxalif olmalı, ədalət ardınca olmalı, sadə həyat tərzinə üstünlük verməli və öz çevrəsinə bacarıqlı və layiqli kadrlar toplamalıdır.
Tehranın cümə namazı xətibi prezidentin Vəli Fəqihin göstərişlərinə tabe olmalı olduğunu bildirərək, xalq ilə eşq və mərhəmət əsasında davranmalı, xalqa xidmət etməli və onu sevməli olduğunu bildirib.
Ayətullah Müvəhhidi Kermani əlavə edib: Yaxşı bir prezident xalqın istək və tələblərinin gerçəkləşdirilməsi yolunda var gücü ilə çalışmalı və ləyaqətsiz şəxslərə məntiqdən kənar imtiyazların verilməsi kimi günahlardan çəkinməlidir.
Tehranın müvəqqəti imam cüməsi daha sonra İranın cənubunda yerləşən Xörrəmşəhr şəhərinin İraqın Bəəs rejiminin işğalından azad edilməsinin ildönümü günün əziz tutaraq, deyib: İran xalqının Allaha imanı, səbirli olması və müqaviməti qələbəyə və Xörrəmşəhrin azadlığına səbəb oldu.
Ayətullah Müvəhhidi Kermani sonda Suriya ordusunun terrorçularla mübarizədə əldə etdiyi son nailiyyətlər və uğurlara işarə edərək, deyib: Suriya xalqının düşmən qarşısındakı müqaviməti öz bəhrəsini verməkdədir.
1232850