IQNA

12:29 - June 23, 2013
Xəbər sayı: 2551110
Beynəlxalq qrup: İraqın yüksək vəzifəli məqamları və tibbi mənbələrin verdiyi xəbərə görə dünən (22 iyun 2013) Bağdadın şimalında şiələrin məscidində partlayış baş verib. İntiharçı terrorist şiələrin məscidində özünü partladaraq 15 nəfəri şəhid etmiş və 30 nəfəri yaralamışdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Həqq net" xəbər saytına istinadən verdiyi xəbərə görə dünən (22 iyun 2013) İraqın paytaxtı Bağdadın şimalının 30 km-də yerləşən Ət-Taci şəhərinin şiələrə məxsus olan "Ər-Rəhman" məscidində partlayış baş verib. İntiharçı terrorist şiələrin məscidində özünü partladaraq 15 nəfəri şəhid etmiş və 30 nəfəri yaralamışdır.
İndiyədək heç bir terrorist qruplaşma bu terrorun məsuliyyətini üzərinə götürməyib. Amma İraq şiələri həmişə Əl-Qaidəçilərin və ifratçı sünni qruplaşmalarının terror hədəfidirlər.
Əl-Qaidə həmişə İraqda olan terrorist partlayışlarını öz öhdəsinə almışdır. İraqda 2006-cı ildən bəri şiə və sünnilərə qarşı fitnə salma terrorları arasıkəsilmədən davam edir.

1246704
Ad:
E-poçt:
* Comment:
* captcha: