"İQNA"-nın "Ultra İraq"a istinadla verdiyi məlumata görə, İraq Hizbullahının baş katibi Əbu Hüseyn əl-Həmidavi bir bəyanat yayaraq, müqavimət qruplarının silahları təhvil vermək niyyətində olmadıqlarını bildirib və hərbi imkanların artırılacağını qeyd edib.
Əl-Həmidavi bəyanatında Allah yolunda cihadın davam etdiriləcəyini və hər hansı təcavüzkarın öz təcavüzünün əvəzini qat-qat artıq ödəyəcəyini vurğulayıb. O, xüsusilə Amerika və Səudiyyə düşməni tərəfindən İraqın övladlarına qarşı törədilən cinayəti təhlükəli presedent adlandıraraq, bunun regionda yeni bir mərhələyə yol açacaq nəticələr doğura biləcəyini bildirib.
İraq Hizbullahının bəyanatında deyilir: "O günlərdə dünya azad insanlarının qəlbini sızıldadan ən böyük kədərlərdən biri, ömrünü İslamın dəstəklənməsinə, məzlumların müdafiəsinə və müsəlman xalqlarının ideallarının qorunmasına həsr etmiş mücahidlər rəhbəri Seyid Əli Xameneinin şəhadəti idi. Onun pak qanı yeni bir əhd oldu, ruhlarda davamlılıq və müqavimət hissini alovlandırdı və xalqın canında izzət mənasını dirçəltdi."
İraq Hizbullahının baş katibi əlavə edib: "Bu vəziyyət bizi müqavimət silahına bağlı qalmağa, ona qarşı sarsılmaz öhdəliyimizə və onu inkişaf etdirib gücləndirməyə vadar edir. Həmçinin, bu dövrün müharibələrində bizə zərər vurmaq istəyənləri çəkindirmək üçün çağırışların miqyasına uyğun addımlar atmağa məcbur edir."
O, təhlükəsizlik mühitinin təmizlənməsi üçün səy göstərməyin və informasiya təhlükəsizliyinin qorunmasının zəruri olduğunu bildirib. Əl-Həmidavi qeyd edib ki, düşmənlərlə və onların nökərləri ilə mübarizədə hərbi cihadla media cihadı bir-birindən ayrılmamalıdır.
Əl-Həmidavi həmçinin Ərbəin ziyarətində iştirak edənlərin ümmətin əsas məsələlərini, xüsusilə də Fələstin məsələsini öz vicdanlarında yaşatdıqlarını və sionist-amerika istibdad qüvvələrinə və regiondakı nökərlərinə qarşı nifrətlərini ifadə etdiklərini xatırladıb.
4367930