İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Diverse Education" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bir qrup amerikalı müsəlaman alim Seyid Hüseyn Nəsrin (Amerikanın Corc Vaşinqton universitetinin İslami aradşırmalar mərkəzinin müəllimi) rəhbərliyi ilə insanların Quranı daha yaxşı və aydın şəkildə anlamsı üçün bu müqəddəs kitabın İngilis dilində yeni tərcumə və qısa təfsrini hazırlayıblar.
“The Study Quran” adlı bu tərcümənin məqsədi müasir dünyada Quranın işləmə yerlərini daha dərindən dərk etmək və onun məna çalarlarına vara bilmək ehtiyacı olmuşdur.
Bu tərcümə vasitəsi ilə İslam dinində mürəkkəb sayıla biləcək məsəəllər araşdırılaraq oxuculara təqdim edilib.
Müəlliflər bu izahlı tərcümədə Qurandan yalnız bir mənanı deyil, onun laylarının dərin məzmununu ictimaiyyətə çatdırmağa çalışdıqlarını deyirlər.
Bu ayın axırlarında işıq üzü görməsi planlaşdırılan kitab 2000 səhfədən ibarətdir. Əsərin qələmə alınmasına Seyid Hüseyn Nəsr birbaşa nəzarət edib.
O deyir ki, belə br əsərin qələə alınmasına 11 sentyabr hadisəsindən sonra başlasaq da, bundan qabaqlar da onunla bağlı fikir və meylimiz var idi.
Seyid Hüseyn Nəsr əvvəl bu qiymətli əsərin hazırlanmasında məsuliyyəti qəbul etməsə də sonra müsəlmanlarla işbirliyi görmək və inancının tələbi altınada təklifi qəbul edir. Onun yartadığı müəlliflər qrupuna bir qadın da daxildir.
Müəlliflər arasında ABŞ- nın tanınmış ali elm ocaqlarının müəllim, araşdırmaçı və elmi işçıləri vardır.
Seyid Hüseyn Nəsrin qənatəinə görə qrupun üzvlərinin bütünlüklə müsəlman olması əsəri daha da zəngin və dolğun etmişdir.
“Bu əsər insanların Qurana baxışını dəyişəcəkdir”, - müəlliflərdən biri olan Cozef Lembard bu fikirdədir.
3453781