IQNA

İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib

11:01 - May 21, 2016
Xəbər sayı: 3480475
Tehran, 21.05.2016 - İŞİD terror qruplaşması özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.
İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib

IQNA - Bu haqda Sputnik agentliyi şahidlərə istinadən məlumat yayıb.

Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.

Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.

İŞİD silahlıları məhbusları da həbsxanalardan buraxıblar.

İslam.az

captcha