IQNA

Türkiyədə hüquq-mühafizə orqanlarında hicab geyinmək hüququ bərpa edildi

13:15 - August 28, 2016
Xəbər sayı: 3480741
Tehran, 28.08.2016 – Türkiyədə hüquq-mühafizə orqanları əməkdaşlarının geyim təlimatında islahatlar aparılıb.

Türkiyədə hüquq-mühafizə orqanlarında hicab geyinmək hüququ bərpa edildi


İQNA-nın verdiyi xəbərə görə, yeni dəyişikliklərə görə qadın əməkdaşlar bundan sonra başörtüsü geyinə biləcəklər. Yeni təlimatla bağlı "Resmi Gazete"də dərc olunan qərara əsasən qadın polislər uniformalarının rənginə uyğun başörtüsü taxa biləcəklər.

Bununla da ölkədə qadın polislərin hicab geyinməsinin yolu açılıb. AK Parti iqtidarı dönəmində 2007-ci ildə üniversitetlərdə oxuyan tələbələrin, 2013-cü ildə isə ictimai təşkilatlarda işləyənlərin hicab geyinmək hüququ bərpa edilib.

Mənbə: eastnews

Teqlər: türkiyə ، hüquq-mühafizə ، hicab ، polis ، iqna ، İkna
captcha