IQNA

İQNA "Britaniya imperatorluğu və Quran" adlı xronika yazdı;

Quranın Britaniyaya ilk səfərindən "İcmalar Palatası"na girənədək dastanı

0:53 - November 17, 2016
Xəbər sayı: 3481007
Tehran, 17.11.2016- Quran-Kərimin Böyük Britaniyaya səfərinin maraqlı dastanı Quranın bu diyarda yayılmasının qadağasından başlayır və İcmalar Palatasına girənədək davam edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quran-Kərimin Böyük Britaniya imperatorluğuna səfərinin maraqlı tarixi və dastanı vardır. Bu səfər dastanı saysız hadisələr ilə doludur, belə ki, Quran- Kərimin bu diyarda yayılmasının qadağasından başlayır, yandırılması ilə davam edir, təhqir edilir, barəsində şübhələr yayırlar ki, insanları ondan uzaqlaşdırsınlar və bu gün isə Quran- Kərim britaniyalıların bir çoxunun gündəlik həyatlarının ayrılmaz bir hissəsinə çevirilmişdir.

Quran-Kərim hazırda Britaniyanın ən çox tirajla satılan kitabıdır. Bu müqəddəs kitabın müxtəlif və saysız nüsxələri Britaniyanın 1500 məscidində mövcuddur. Britaniyada yaşayan 2 milyon 700 min müsəlmanın hər biri ən azı bir ədəd Quran-Kərim nüsxəsi evlərində saxlayırlar. Bu rəqəmə muzeylər, kitabxanalar və təlim mərkəzlərində olan Quran-Kərim nüsxələrini də əlavə etsəniz, Quran-Kərimin bütün sədləri aşaraq düşmənlər üzərində parlaq qələbəsinin şahidi olacaqsınız.

Amma bu müqəddəs kitabın Britaniya imperatorluğuna macəralar dolu səfəri də eşitməli və oxumalı bir səfərdir. Çünki asan bir səfər olmamışdır. Səfər boyu yayılması qadağan edilmişdir, gah yandırılıb, gah da təhqir edilib, barəsində şübhələr yayılıb, İlahi bir kəlam olmadığı iddia edilib və s...

Miladın 656-cı ili; Quranın kitabəti və yazılması

Müsəlmanların üçüncü raşidi xəlifəsi Osman bin Əffanın xilafəti zamanı müxtəlif ərəb tayfalarının müxtəlif ləhcədə Quran oxuması qiraətlərdə ixtilaf yaratmağa başlamışdı. Buna görə Quran-Kərim fəsih qüreyş ləhcəsində yazıldı və bu nüsxənin üzündən yazılıb hazırlanan nüsxələr bütün İslami şəhərlərə, o cümlədən Məkkə, Bəsrə, Kufə, Şam, Bəhreyn və Yəmənə göndərildi. Bu nüsxə sonralar "Osman müshəfi" adı ilə məşhurlaşdı. Bu məsələdən 100 il keçdikdən sonra "Osman müshəfi" şərqdə Çin, Hind və qərb də İspaniyaya göndərildi.

Osmanlı dövrünə aid Quran

















Miladın 1000-ci ili; Quran xəttatlığının incəsənət növü kimi meydana gəlməsi

Miladi tarixin 10 və 11-ci əsrlərindən etibarən Quranın xüsusi xəttatlıq və hüsnxətt ilə yazılması yeni bir incəsənət növü kimi yayılmağa başladı. Ərəb əlifbasının xüsusi xəttatlıq və hüsnxətt növləri gözəlləşib çiçəkləndikcə Quran-Kərimin də yazılışında bu gözəllik özünü göstərməyə başladı.

Miladın 1095-ci ili; "Səlib" (xaç) yürüşlərinin başlanması

Miladın 1095-ci ilində ikinci Papa Urbanın göstərişi ilə "məsihi məmləkət"lər müqəddəs və mühüm elan edildi və bu məsələ əslində müqəddəs Fələstin ərazilərini müsəlmanların əlindən geri almaq üçün bir çağırış idi. Elə bu çağırışla da 200 il davam edən "səlib" (xaç) yürüşləri başladı. Xaç savaşlarından sonra avropalılar müsəlmanların və İslam mədəniyyəti ilə yaxından tanış oldular. Onlar ərəb dilini, müsəlmanların milli və mənəvi adət-ənənələrini, İslami adətləri, o cümlədən ətirdən istifadə etməyi öyrəndilər. Həmçinin bu döyüşlər zamanı bəzi ərəb sözləri, o cümlədən "alkol", "cəbr", "xarəzm" və s... avropa dillərinə də keçdi.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1537-ci ili; Quran-Kərimin ilk çap nüsxəsi

Quran-Kərimin çapı 15-ci əsrin əvvəllərində başladı, amma ərəb və müsəlman ölkələrindən xaricdə. Quran-Kərimin müasir formatda ilk çapı ilk dəfə İtaliyanın "Veneziya" (Bənduqiyyə - red.) şəhərində həyata keçdi. Veneziyalı tacirlər bu Quran nüsxələrini Osmanlı türklərinə satmaqla onlarla ən yaxın iqtisadi və ticari əlaqələri yaratmışdılar. Onlar Quranın çap nüsxələrini özlərinin ən mühüm ticarətləri hesab edir və Quran nüsxələrini Avropanın mühüm təhsil ocaqlarına da satırdılar. Müsəlmanlar isə Quranın əlyazma nüsxələrinə daha çox əhəmiyyət verir və çap nüsxələrinin çap səhvlərindən amanda qalmadığını deyirdilər. Digər tərəfdən isə məsihilər də Quran-Kərimin çap nüsxələrinin Avropada yayılmasının əleyhinə idilər. Məsihilərin dini rəhbərləri Quran-Kərimin məsihilərdən təsirindən qorxduqları üçün göstəriş verdilər ki, Quran-Kərimin çap nüsxələri bazarlardan yığışdırılsın və yandırılsın.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1588-ci ili; Mələkə Elizabet zamanında Quranla düşmənçilik

Britaniya və İslami ölkələrin ticari əlaqələri Arlıq dənizində 16-cı əsrdə çiçəklənməyə başladı. Britaniyalılar müsəlmanlarla ticari əlaqələrə girdikdən sonra bir çoxları müsəlmanlardan təsirlənərək İslam dinini qəbul etdilər. Bu məsələ Britaniyanın mələkəsi birinci Elizabeti narahat və nigaran etməyə başladı. Elə həmin vaxtlarda idi ki, Osmanlı türkləri Atlantik okeanı və Aralıq dənizini işğal etmiş və 1625-ci ildə Britaniyanın qərb sahillərinə əl uzatmağa başlamışdılar. Osmanlı türklərinin qarətçiliyi ümumi ab-havanı İslam və müsəlmanların əleyhinə çevirmişdi. Bu məsələ 1588-ci ildə teatrda da nümayiş edildi. Teymurləngdən danışan teatr səhnəsində Kristofer Marlo özündə bu cürəti tapır ki, həyasızcasına İslam peyğəmbərini (s) söysün və Quranın bir nüsxəsini elə səhnədə ikən yandırsın.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1636-cı ili; Britaniyada ilk şərqşünaslıq universiteti yaradılır

Miladın 12-ci əsrindən sonra Avropda İslam haqqında tədqiqatlar başlayır. Buna görə də Avropa universitetlərində "ərəb" dili üçün xüsusi yer ayırılır. Edvard Pukuk və Can Lak kimi məşhurlar bu məsələdə ilklərdən olurlar. Edvard ilk şərqşünas olaraq deyirdi ki, Quran-Kərimin məsihilik barəsində olan məlumatlarını məsihilər Quran səhvlə dolu olan çap nüsxəsindən öyrəndikləri üçün İslam barədə yanlış təsəvvürə sahib olublar.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1734-cü ili; Quran-Kərimin İngilis dilində ilk tərcüməsi

Quran-Kərimi birbaşa Ərəb dilindən İngilis dilinə ilk dəfə Kent şəhərinin vəkili və şərqşünas Corc Seyl tərcümə etdi. Bu tərcümə Qurandan uzaqlaşmaq istəyən məsihilərdə ciddi təsirlər qoydu, onlar gördülər ki, İslam və Quran elmi əsaslar üzərində möhkəmlənibdir.

Miladın 1738-ci ili; Quran-Kərim məhkəmə salonlarında

Məsihilər özlərindən qeyrilərini kafir sayırdılar. Və onların müqəddəs kitaba and içməyinə icazə vermirdilər. Amma 1738-ci ildə əslən mərkeşli olan bir müsəlman məhkəmədə şahid qismində Quran-Kərimə and içə bildi. Bunadn sonra isə 1978-ci ilədək 240 illik bir zamanda məhkəmələrdə Quran-Kərim digər müqəddəs kitablar kimi and içmək üçün eyni haqqa malik ola bildi.

Miladın 1869-cu ilində Britaniyanın Lordlar palatasının üzvü Lord Estinli ilk britaniyalı əsilli olaraq İslamı qəbul etdi.

20 il sonra isə vəkil Vilyam Henri Kuilyam müsəlmanlar üçün təfəkkür insitutu və həftəlik "əl-hilal" bülletinini təsis və nəşr etdi və bunun nəticəsində 600 nəfər britaniyalı İslam dinini qəbul etdi.

Bundan sonra isə 1889-cu ildə Britaniyaya axışan müxtəlif milliyyətlər və mədəniyyətlər səbəb oldu ki, Quran və İslam barədə tədqiqatlar çoxalsın.

Həmçinin 1889-cu ildə Vuking şəhərində ilk dəfə məscid fəaliyyətə başladı.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1914-cü ilində isə birinci dünya müharibəsinin başlaması ilə 500 min nəfər hindistanlə hərbiçi Britaniya qoşunlarına qoşuldu. Bu əsgərlərin dörddən biri müsəlman idi. Hindistanlı hərbiçilərin hamısı öz dini ayinlərini yerinə yetirməkdə azad idilər. Və bu məsələ də İslam dininin yayılmasında öz təsirini qoydu.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1930-cu ilində İngilis dilinə tərcümə edilmiş bir Quran nüsxəsi hər şeyi dəyişdi. Brtitaniyalı roman yazarı Məhəmməd Marmaduk Piktal İslam dinini qəbul etdikdən sonra 1924-cü ildə Misr padşahından hədiyyə aldığı Quranı birbaşa ərəb dilindən ingiliscəyə tərcümə edir. Sonralar bu tərcümə indi ən məşhur tərcümələrdən sayılan Yusif Əlinin tərcüməsinə də təsir qoyur.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1935-ci ilində Quran-Kərim gözəl sədası Britaniyanın "əbul-houl" adlı radioproqramından yayılır. Ustad Məhəmmər Rəfətin səsi ilə yayılan bu Quran sədası o vaxtadək Quran avazı eşitməyən ingilisləri vadar edir ki, 1941-ci ildə Londonda ilk İslam Mərkəzini açsınlar. 1944-cü ildə məscidlər şurası padşah 5-ci Corcun iştirakı ilə rəsmi şəkildə öz işinə başlayır. 

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Bundan 30 il sonra ilk məscid tikilir. 1978-ci ildə ilk məscid rəsmi açılış ilə istifadəyə verilir.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1976-cı ilində mələkə ikinci Elizabetin rəsmi iştirakı ilə İslam dünyasının ilk festivalı keçirilir. Bu festivalda İslamın Britaniyada gizlənmiş tükənməz irsinin bir hissəsi sərgiyə qoyulur. Bu sərgidə müxtəlif dövrlərə aid olan 140 əlyazma nüsxə var idi.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

Miladın 1978-ci ilində Quran-Kərimə İcmalar Palatasında and içmək üçün icazə verildi. Miladın 1997-ci ilində Məhəmməd Sərvər ilk dəfə olaraq İcmalar Palatasında Quran-Kərimə and içdi. Və 2015-ci ildə 13 müsəlman İcmalar palatasında Quran-Kərimə and içərək üzv oldular.

سفر قرآن به بریتانیا/ از ورود نخستین نسخه تا حضور در مجلس عوام

2015-ci ilin İyun ayının 21-də isə Quran-Kərimin ən qədim nüsxəsi ki, milad tarixi ilə 645-ci ilə aiddir, İngiltərənin Birmenqam universitetində kəşf edildi. Bu nüxsə 100 il öncədən bu kitabxanada saxlanılırmış.

http://iqna.ir/fa/news/3542577


captcha