IQNA

10:02 - November 25, 2016
Xəbər sayı: 3481045
Həzrət Abbas (ə) ziyarətgahının idarə heyəti hesabat yayaraq ƏRBƏİN ziyarəti mərasimi zamanı Kərbəla istiqamətində piyada yürüşlərdə iştirak edən zəvvarların sayını açıqladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Kəfil" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Həzrət Abbas (ə) ziyarətgahının idarə heyəti hesabat yayaraq ƏRBƏİN ziyarəti mərasimi zamanı Kərbəla istiqamətində piyada yürüşlərdə iştirak edən zəvvarların sayını açıqladı.

Bu müqəddəs ziyarətgahın yaydığı hesabata əsasən, İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi kamil şəkildə sənədli film olaraq hazırlanıb və dünyanın tarix boyu pulsuz xidmətlər göstərən ən böyük bəşəri toplantısı adını alıb.

Həzrət Abbas (ə) ziyarətgahının "üməna heyəti"inin verdiyi açıqlamada deyilir ki, ƏRBƏİN ziyarəti mərasimində piyada yürüşlərdə iştirak edən zəvvarların hamısının sayı Kərbəlaya tərəf bütün istiqamətlərdə, o cümlədən Bağdad- Kərbəla, Nəcəf- Kərbəla, Babil- Kərbəla və s... quraşdırılmış yüksək keyfiyyətli kameralar vasitəsilə qeydə alınıb. Kameralar bütün piyada zəvvarları 1438-ci hicri-qəməri ilinin Səfər ayının 7-dən 20-dək izləyib və hərəkətlərini gecə və gündüz qeydə alıb.

Hesabatda deyilir ki, gecələr kifayət qədər işığın olmadığı üçün zəvvarların dəqiq sayını müəyyən etmək olmayıb. Amma bununla belə qeydə alınan zəvvarların sayı 11 milyon 210 min 367 nəfərdir.

Qeyd edək ki, bu rəqəm təkcə göstərilən istiqamətlərdə piyada yürüşlərində iştirak edən zəvvarlara aiddir. Həmçinin "əl-Ətişə- Kərbəla" və "Eynut-Təmr –Kərbəla" istiqamətlərində zəvvarların sayını qeydə almaq mümkün olmadığı üçün bu iki istiqamətdə hərəkət edənlərin sayı bu rəqəmə daxil deyildir.

http://iqna.ir/fa/news/3548665


Ad:
E-poçt:
* Comment:
* captcha: