İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səid Nəqəvi – hindistanlı peşəkar qəzet yazarı, özünün "BEING the OTHER; the muslim in İndia" (Başqa Varlıq; müsəlmanların Hindistanda durumu) adlanan yeni kitabında Hindistanda yaşayan müsəlmanların siyasi və ictimai durumunu qələmə almış və bu kitabda ölkəsində yaşayan müsəlmanların bioqrafiyasını, tərcümeyi-halını və onlara qarşı sərgilənən siyasi və mədəni rəftarları şərh və rəvayət etmişdir.
İran İslam Respublikasının Bombeydəki "Mədəniyyət Evi"nin ümumi əlaqələr şöbəsinin "Başqa Varlıq" kitabı barədə İQNA-ya verdiyi məlumatda deyilir ki, Hindistanın məşhir və peşəkar qəzet yazarı Səid Nəqəvinin qələmə aldığı 256 səhifəlik bu kitab İngilis dilində çap edilmişdir.
Səid Nəqəvi 1940-cı ildə anadan olmuşdur. Orta təhsili bitirdikdən sonra Uttar Pradeş əyalətinin mərkəzi şəhəri Lakhnau universitetində təhsilini davam etdirir. Daha sonra isə ABŞ-ın Prinseton iniversitetində "Beynəlxalq Əlaqələr" fakültəsində təhsil alır. Ali təhslini bitirdikdən sonra jurnalistika ilə maraqlanır. Buna görə də bu sahədə təhsil almaq üçün İngiltərənin "Kardif" universitetinin filiallarından birinə qəbul olur və bu sahədə magistr pilləsini başa vurur.
Nəqəvi 1977-ci ildə Hindistana qayıdır və Modres şəhərinin "İndian Express" qəzetinin redaktoru işləməyə başlayır və 1984-cü ildə Dehlinin "İndian Express" şöbəsində qoşulur.
Səid Nəqəvi qəzet yazarı olmaqla yanaşı, həm də TV-də uğurlu aparıcı və müsahibəçi (intervyüer) kimi tanınır. Həmçinin beynəlxalq mətbuatda da öz qələmi və xüsusi dəstxətti ilə seçilir.
O, bu kitabdan (Being The Other, 2016) öncə 1996-cı ildə "The Last Brahmin Prime Minister" (Axırıncı baş nazirin malikiyyəti altında) kitabını yazıb və nəşr etdirmişdir.
Səid Nəqəvi "Başqa Varlıq" adlanan yeni kitabında Hindistanda yaşayan müsəlmanların tərcümeyi-halını vəsf edir. Keçmişdə bu ölkədə müsəlmanlara qarşı həyata keçirilən xəyanətlərdən danışır. Kitabda "nostalji hislərə qarışmış xəyanətin dastanı" şərh və təhlil edilir.
Yazar "Babri məscidi"nin yerində "hindu məbədi"nin tikilməsini xəyanət adlandırır və bu barədə öz əsəb və qəzəbini gizlətmir. Ayudiya şəhərinin Şiva məbədinin tikildiyi yer, həqiqətdə Babri Məscidinin yeri olub və 1989-cu ildə Hindistanın hər yerindən bu məscidin yenidən tikiləcəyi yerə hər hindu bir "kərpic" göndərir ki, yeni Ram məbədi qədim məscidin yerində tikilsin. Bu məsələdə Hindistanın 6-cı baş naziri Raciv Qandi də yaxından iştirak edir. O öz müavini "Buta Sink"i məbədin tikilməsi üçün simvolik kərpic daşıma mərasiminə göndərir.
Nəqəvi bu kimi dastanlara qələmə alaraq Hindistan siyasətçilərinin müsəlmanlara qarşı icra edilən xəyanətlərinin üstünü açır və eyni halda ümid edir ki, bu acı və şübhəli dastanlar unudulsun və onun yerini işıqlı sabahlar tutsun.
Bu kitabdakı başqa maraqlı məqamlardan biri də 1981-ci ildə Hindistanın "Minakşipuram" və "Tamilnadu" kəndlərinin hindu əhalisinin kütləvi şəkildə müsəlmanlığı qəbul etməsidir.
Məsələ belə olub ki, bu kənddə yaşayanlar Hindu təlimlərinə əsasən ən aşağı təbəqədən sayılırmışlar və nəcis sayıldıqları üçün onlara əl vurmaq və toxunmaq olmazmış. Bu cür ayrı-seçkilkdən bezən 800 nəfər hindu etiraz olaraq hamısı İslam dinini qəbul etmişdilər.
Kitabın 5-ci fəsilində "Babri məscidi"nin təxrib olunmasından danışılır. Məscid söküldükdən sonra isə müsəlmanlara psixi təsirlər göstərməyə başlayırlar. Elə olur ki, müsəlmanlar öz müsəlman olduqlarını gizlətməyə və adlarını mənzillərinin qapısından pozmağa məcbur olurlar.
Nəqəvi kitabda 1947-ci ildə 200 min müsəlmanın qətliamından xəbər verərək yazır ki, bu hadisənin təqsirkarının Hindistanın Milli Könüllülər Təşkilatı (RSS) olduğu bilinsə də o zamanın baş nazirinin müavini Patel bu məsələnin üstünü örtdü.
Səid Nəqəvi bu kitabda hindistanlı sufilərin və müsəlmanların İranlılar və şiələrdən daha çox təsirləndiyini də qeyd edir.
O həmçinin "Hindistan alimlər cəmaəti", "Cəmaəti-təbliği", "Əhl-Hədis" və digər "əhl-sünnə" təşkilatlarını ki, vəzifələrindən kənar fəaliyyətlər göstərirlər, "hərbiləşdirilmiş təşkilatlar" adlandırır.
Qeyd edə ki, Səid Nəqəvinin bu kitabı illər uzunu öz tədqiqatları əsasında müxtəlif qəzet və jurallarda yazdığı material və məqalələrə əsasən hazırlanıb.
http://iqna.ir/fa/news/3556384