IQNA

Hindistanda İmam Əlinin (ə) mövludu münasibətilə Quran məclisləri

6:45 - April 08, 2017
Xəbər sayı: 3481512
İmam Əlinin (ə) mübarək mövludu günləri ilə eyni zamanda, mübarək Rəcəb ayının 13-də Hindistanda İraqın beynəlxalq dərəcəli qarilərinin iştirakı ilə Quran qiraəti məclisləri keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "imamhussain.org" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İmamət, Vilayət və Ədalət günəşi, möminlərin mövlası Həzrət İmam Əlinin (ə) mübarək mövludu günləri ilə eyni zamanda, yəni mübarək Rəcəbul- mürəccəb ayının 13-də, Hindistanda İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq dərəcəli qarilərinin iştirakı ilə Quran- Kərimin nurlu tilavət və qiraəti məclisləri keçiriləcəkdir.

Bu tilavət və qiraət məclisləri Hindistanda hər il keçirilməkdə olan "Möminlərin Mövlası İmam Əli (ə)" adına 5-ci mədəniyyət festivalının haşiyəsində baş tutacaqdır.

"Möminlərin Əmiri İmam Əli (ə)" adına mədəniyyət festivalı Hindistanda hər il mübarək Rəcəb ayının 13-də keçirilir.

Bu festival Hindistanda hər il İraqda Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahının təşəbbüsü ilə keçirilir. Və İraqın digər müqəddəs ziyarətgahları da bu işdə Həzrət Abbas (ə) ziyarətgahı ilə həmkarlıq edirlər.

Şeyx Əli əl-Fətlavi – İraqın İmam Hüseyn (ə) ziyarətgahının idarə heyətinin Hindistan festivalındakı nümayəndəsi, bu barədə dedi: Hindistanda keçirilən "Əmirul-Möminin İmam Əli (ə)" mədəniyyət festivalında kitab sərgisi, məscidlərin ziyarəti, Hindistan Hüseyniyyələrinə baxış, yetim evlərinə baş çəkmək, dini və etiqadi yarışların keçirilməsi, Əhl- Beyt (ə) məktəb və mədəniyyətinin genişləndirilməsi üçün proqramlar və İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq dərəcəli qarilərinin iştirakı ilə Quran-Kərimin tilavət və qiraət məclisnlərinin qurulması kimi proqramlar icra edilir.

http://www.iqna.ir/fa/news/3587487


captcha