IQNA

Balkanlarda 50 min nüsxə Quran- Kərim xalq arasında paylanılacaq

1:07 - April 16, 2017
Xəbər sayı: 3481544
Türkiyənin Dini İşlər Fondu Balkan ölkələrində xalq arasında 50 min nüsxə Quran- Kərimi "Quran, mənim hədiyyəm" proqramının icrası yönündə paylayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər Fondu Balkan ölkələrində xalq arasında 50 min nüsxə Quran- Kərimi "Quran, mənim hədiyyəm" proqramının icrası yönündə paylayacaq.

"İnternetmedya" xəbər və informasiya portalının paylaşdığı bu xəbərdə deyilir ki, Türkiyənin Dini İşlər Fondu çalışır ki, yaxın gələcəkdə Balkan yarımadası ölkələrində yaşayan müsəlmanlar arasında 50 min cild Quran- Kərim nüsxəsi paylasın.

Mustafa Tutqun – Türkiyənin Dini İşlər Fondunun rəisi, dünya müsəlmanlarının istədikləri zaman və məkanda Quran-Kərimə ulaşmasının asanlığının əhəmiyyət və zərurətindən söz açaraq dedi: "Quran, mənim hədiyyəm" proqramının həyata keçirilməsi və icrası yönündə indiyədək 700 min 152 Quran nüsxəsi Türkiyə və digər ölkələrdə xalqa paylanılıb. Və hazırda da minlərlə cild Quran nüsxələrinin çapı üçün çalışırıq. Həmçinin Quran- Kərimin müxtəlif dillərə tərcüməsini də iş gündəminə almışıq.

Türkiyənin Dini İşlər Fondunun rəisi vurğuladı: Balkan ölkələrində çox sayda müsəlman yaşayır. Bu ölkələrdə ən çox yayılmış dillərdən biri də "bosniya" dilidir. Buna görə də Quran- Kərimin bu dildə tərcüməsinə başlanılıb və yaxın gələcəkdə bu dildə 50 min nüsxə Quran- Kərim çap və nəşr ediləcək və Balkanlarda əhaliyə paylanılacaqdır.

Mustafa Tutqun – Türkiyənin Dini İşlər Fondunun rəisi, çıxışının digər bir hissəsində Balkanlarda 8 ölkə bu Quranları yaymaq üçün nəzərdə tutulmuşdur. Bu Quranlar məscidlərə, dini məkanlara və ibadət ocaqlarına, Quran təlimi mərkəzlərinə, mədərəsələrə, məktəblərə və kitabxanalara paylanılacaqdır. Bosniya dilini bilən müsəlmanlar çox asanlıqla bu tərcümələrdən istifadə edə biləcəklər.

http://iqna.ir/fa/news/3589635



captcha